Şou-biznes

Hasan Can Kaya ABŞ-də evləndi - FOTO

6 İyun 2026 12:21
Baxış: 449
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyəli məşhur komediyaçı Hasan Can Kaya uzun müddətdir birlikdə olduğu sevgilisi Duyğu Karabaş ilə ailə həyatı qurub.

Milli.Az xəbər verir ki, cütlüyün nikah mərasimi ABŞ-da baş tutub Məlumata görə, dil təhsili almaq üçün ABŞ-a gedən Hasan Can Kaya toyunu da burada keçirib.

36 yaşlı komediyaçı evlilik xəbərini sosial şəbəkə hesabında paylaşdığı toy fotoları ilə açıqlayıb. O, paylaşımına "Dünən belə bir şey oldu" sözlərini yazıb.

Qeyd edək ki, Hasan Can Kaya və Duyğu Karabaşın ötən ilin mart ayında evlənmək qərarı verdikləri bildirilirdi. 

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.