Siyasət
Gənclər Dövlət Neft Akademiyasında baş verən faciənin ildönümünü qeyd ediblər – FOTO
30 Aprel 2011 13:27
Baxış: 366
Trend-in məlumatına görə, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və "İrəli" Gənclər Təşkilatının birgə təşkil etdiyi tədbirdə 100-dən artıq gənc və tələbə iştirak edib.
NAYORA-nın sədri, deputat Fuad Muradov jurnalistlərə açıqlamasında bildirib ki, dünyanın istənilən yerində belə hadisələri törədənin məqsədi insanları, cəmiyyəti qorxutmaqdır. Onun sözlərinə görə, bu hadisə Azərbaycan cəmiyyətini qorxuda bilməyib.
"Bu gün buraya gələn gənclər anım mərasimini keçirməklə bir daha bildirdilər ki, onlar həmin hadisələri unutmayıblar və bütün ağrı-acını hələ də xatırlayırlar", - Muradov əlavə edib.
Onun sözlərinə görə, bu hadisədən sonra Azərbaycanın ali məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilib. Bu da gələcəkdə belə hadisələrin baş verməməsi üçün mühüm addımdır. Millət vəkili onu da qeyd edib ki, cəmiyyət nə qədər ayıq və bu cür hadisələrə həssas olsa, belə hadisələr heç vaxt baş verməz.
ATGTİ-nin sədri Şahin İsmayılov isə bildirib ki, iki il öncə baş verən hadisə bütün Azərbaycanı sarsıdıb. Azərbaycan tələbələri bu ağrını daha çox hiss edib.
"Bu gün tələbələr öz tələbə yoldaşlarını xatırlamaq, onların ruhlarını şad etmək üçün buraya yığışıblar. Bu hadisə olduqca üzücüdürr, ancaq Azərbaycan gəncliyi bu cür hadisələrdən sarsılmamalı və yoldaşlarının yanında olmalıdırlar", - İsmayılov deyib.
Xatırladaq ki, 2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açıb. Qədirov hadisə zamanı 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Sonra isə o, özünü öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktı törətmiş Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o, Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə mütamadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona küllü miqdarda pul və silah verilib. Mardun Qumaşyan barəsində həbsli axtarış elan edilərək İnterpola axtarışa verilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə keçirilib. İşlə bağlı Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cəzalandırılıblar. Onlardan Arif Qabulov 11 il müddətinə, digərləri isə ömürlük azadlıqdan məhrum ediliblər.
Milli.Az
Uyğun link:

DİGƏR XƏBƏRLƏR
-
İrəvan Bakı ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun tikintisinə başlayır
-
Kəlbəcərin inkişafı təkcə dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır - Kamaləddin Qafarov
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Bazarlarda xurma bu qiymətə satılır
-
Lotereyadan bir milyon uddu, saxlanıldı
-
İvan Perişiç Çempionlar Liqasının tarixinə düşdü
-
İrəvan Bakı ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun tikintisinə başlayır
-
“Dünya Gözəli” seçildi - (Fotolar)
-
Pezeşkian Xameneinin məzarı önündə ağladı - (Video)
-
2 min il əvvəl burada kimlər yaşayıb? - Beyləqanda qədim izlər tapıldı
-
Yardımlıda 7 yaşlı uşaq su hövzəsində boğularaq öldü
-
Bu gün bəzi ərazilərdə qaz olmayacaq
-
ABŞ-da təyyarə qəzaya uğradı - 6 nəfər öldü
-
1,4 milyon manatlıq yanacaq kimlərin cibinə gedib? - 15 nəfərlik cinayət işi
-
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edildi
-
Tramp hind toyuqlarını əfv edib - (Video/Foto)
-
Aygün Əliyeva vəfat etdi
-
Qazinin 30 il aldığı müavinət niyə kəsilib? - (Video)
-
Andrey Arşavin “Sabah”-“Barselona” matçı üçün Bakıya gəldi
-
Azərbaycanda bu qurum ləğv edildi
-
Hava ilə bağlı son məlumat
-
Brilliant Dadaşova: “Oğlum deyirdi ki, yaxınlaşma mənə...” (Video)
-
Kəlbəcərin inkişafı təkcə dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır - Kamaləddin Qafarov
-
"Giləzi-Quşçuluq" vaxtı keçmiş məhsulları satmaq istəyib - Rəhbər heyət həbs edildi (Yenilənib)
-
100 manatlıq dövlət rüsumu 25 manata endirilir - Qərar
-
Qubada “BMW” yoldan çıxaraq parkın hasarına çırpıldı - (Foto)
-
Məşhur aktrisa saxlanıldı