Siyasət

Dağlıq Qarabağ münaqişəsini iqtisadi yolla həll etmək olarmı?

29 Aprel 2011 11:03
Baxış: 160
"Ermənistanla İran arasındakı əlaqələr, xüsusilə də iqtisadi-maliyyə işbirliyində sırf iqtisadi amillərdən daha çox siyasi ünsürlər var".

Bu fikri Milli.Az xəbər portalının əməkdaşı ilə söhbətində İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu söylədi. Onun fikrincə, Ermənistan-İran münasibətlərində siyasətlə iqtisadiyyat bir-birini üzvi şəkildə tamamlayır.

"Rusiyadan sonra İran Ermənistanın ən böyük tərəfdaşıdır. Onların arasındakı iqtisadi münasibətlərdə də siyasi amillər xüsusi ağırlıq təşkil edir. İranın Ermənistanla birbaşa sərhədinin uzunluğu cəmi 35 kilometr olsa da, burada azad ticarət zonaı yaradılıb və həmin zonanın təsis olunmasının özü belə, sırf siyasi qərardı. Bəhs etdiyim zona nəqliyyat, kommunikasiya və s. infrastrukturun formalaşmasında da mühüm rol oynayır.

Bu baxımdan İranla Ermənstanın birgə maraqları, strateji mövqeləri iki ölkə arasındakı bütün təmasları müəyyənləşdirir. İki ölkənin strateji məqsədləri də həmin maraqları tamamlayır. Ermənistanın ixracatına diqqət yetirsək, dövlətlərin sıralamasının ilk onluğunda İranın adı yoxdur. Amma Ermənistanın idxalında İran çox mühüm yer tutur", - Q.İbadoğlu dedi.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması və Azərbaycanın erməni işğalında olan digər ərazilərinin azad olunması problematikasının həllində sırf iqtisadi amillərdən yararlanmaq variantı hələlik real olmasa da, ciddi cəhdlər olmalıdır.

"Ayrıca, muxtar formada götürsək problemi belə həll etmək olmaz. Azərbaycanın indi Ermənistan üzərində üstünlük qazandığı sahələrdən biri də iqtisadiyyatdır. Buna görə də iqtisadi sahədən mütləq istifadə etməliyik və Dağlıq Qarabağ münaqişəsinin həllində də bəhs etdiyim variantdan bəhrələnməliyik.

Azərbaycan yalnız təbii sərvətləri və iqtisadi imkanları yox, həm də geocoğrafi məkan baxımından çox önəmli mövqelərə malikdir. Ermənistan bunu bilir və təbii ki, düşmən tərəf zəif mövqelərini möhkəmlətməyə çalışır. Buna isə qətiyyən yol verməməliyik", - Q.İbadroğlu bildirdi.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.