Siyasət
Gövhər Baxşəliyeva: “Azərbaycanda elmin ən böyük himayədarı Prezident İlham Əliyevdir”
27 Aprel 2011 17:32
Baxış: 383
"Ölkəmizdə elmin inkişafına çox böyük diqqət göstərilir. AMEA-nın illik ümumi yığıncağı zamanı biz bir daha əmin olduq ki, Azərbaycanda elmin ən böyük himayədarı Prezident İlham Əliyevdir". Milli.Az xəbər portalının məlumatına görə, bunu yap.org.az saytına açıqlamasında AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.
G.Baxşəliyeva bildirib ki, Prezident İlham Əliyev yığıncaqdakı çıxışında alimlərin əməyinə yüksək qiymət verdi. Onun sözlərinə görə, dövlət başçısı Azərbaycanda elmin inkişafı, modernləşməsi, böyük elmi məktəblərin qorunub saxlanması haqqında dəyərli fikirlər bildirib.
"Yığıncaq zamanı dövlət başçısı alimlər tərəfindən səslənmiş təkliflərə də müsbət münasibətini ifadə etdi. Bilirsiniz ki, alimlərin sosial təminatının yaxşılaşdırılması diqqət mərkəzindədir, vaxtaşırı məvaciblər artırılır. Amma cənab Prezident qeyd etdi ki, bugünkü təminat kifayət deyil və ona görə də, yaxın vaxtlarda elm adamlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addımlar atılacaq. Bütün bunlar onu göstərir ki, Azərbaycan elminin inkişafı, modernləşməsi, dünya elminə inteqrasiya etməsi üçün iqtidar əlindən gələni edir. Prezident İlham Əliyev öz mövqeyi ilə sübut edir ki, O, nəinki böyük ictimai-siyasi xadimdir, eyni zamanda, ən müasir səviyyədə düşünən alimdir", - deyə G.Baxşəliyeva vurğulayıb.
Direktorun sözlərinə görə, Prezident İlham Əliyevin akademiya şəhərciyində aparılan əsaslı təmiri işləri ilə tanış olması, AMEA-nın illik yığıncağında çıxışı Azərbaycan elminin inkişafında çox böyük hadisədir. Onun fikrincə, Tarix Muzeyninin təmiri, onun yeni eksponatlarla təchiz olunması, Nizami adına Ədəbiyyat muzeyinin açılışı və cənab Prezidentin bu tədbirlərdə iştirakı Azərbaycanda elmə, mədəniyyətə verilən yüksək qiymətdən xəbər verir: "1992-ci ildə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Azərbaycan elminə tam başqa münasibət bəsləyirdi. Onların bir illik hakimiyəti dövründə Elmlər Akademiyasının ləğv olunması fikri səsləndirilirdi. Sovetlərdən qalmış qurum kimi onun ləğvini iddia edirdilər. Bu fikri yalnız elmə aidiyyatı olmayan adamlar deyə bilərdilər. Çox şükürlər olsun ki, onların hakimiyyəti çox davam etmədi. 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk görüşlərinin birini akademiyanın rəyasət heyətinin binasında alimlərlə keçirdi. Ulu öndərimiz o zaman bildirdi ki, Elmlər Akademiyası Azərbaycan xalqının böyük sərvətidir və bu sərvəti qoruyub yaşatmalıyıq. Qısa müddət ərzində bir sıra fərman və sərəncamlar verildi ki, bütün bunlar akademiyanın cəmiyyətdə, elmi ictimaiyyətdə mövqeyini qat-qat artırmış oldu. Bütün sahələrdə olduğu kimi elm sahəsində də Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin yolunu davam etdirir. Bildiyiniz kimi Azərbaycan elminin inkişaf strategiyası təsdiq olunub. 2009-2015-ci illərdə elmin inkişaf strategiyasının həyata keçirilməsi üçün Dövlət Proqramı qəbul edilib. Elmin İnkişaf Fondu yaradılıb və s. addımlar atılıb. Bütün bunlar göstərir ki, AMEA-ya, Azərbaycan elminə ilbə-il diqqət artırılır".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Prezidenti ilə görüşündən görüntülər paylaşılıb (Video)
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib - (Foto)
-
Prezident İlham Əliyev Dövlət qulluqçularını təltif edib
-
Azərbaycan-Türkmənistan münasibətləri geniş regional əhəmiyyət daşımağa başlayıb - Sevil Mikayılova
-
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb (Foto)
XƏBƏR LENTİ
-
Pəncərələri bu saatlarda silməyin: İz buraxmayan təmizlik üçün məsləhətlər
-
Avtomobil təkərləri niyə məhz qara rəngdədir?
-
Sözləri "silah" kimi istifadə edən 3 bürc
-
Sobada tərəvəzli "pizza" kükü resepti
-
Pərdələri ilk günkü kimi ağardacaq "şəkər tozu" möcüzəsi
-
Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
-
Messi sualına cavab vermədi
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Gəncədə faciəvi şəkildə ölən 22 yaşlı kuryerin (Fotosu)
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
-
Gəncədə ağır qəza - sürücü ölüb (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmaq gərginliyin qarşısını alacaq
-
Ərdoğan: Avropa ölkələri daha çox məsuliyyət götürməlidir
-
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir
-
Dünya Kubokunda penalti seriyasında qaydalar dəyişir
-
Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"
-
“Azərxalça” və Faiq Əhməd “Eskizdən xalçaya” eksklüziv kolleksiyasını təqdim etdilər – İçərişəhərdə yeni şourumun açılışı olub - FOTO
-
Pezeşkian Pakistanda İslam ölkələrinə çağırış edib
-
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib - Yenilənib
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü - (Foto)
-
DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür