Siyasət

Oqtay Əsədov: “Türkdilli ölkələr arasında parlamentlərarası əlaqələri inkişaf etdirmək vacibdir”

27 Aprel 2011 15:04
Baxış: 193
Türkdilli ölkələr arasında parlamentlərarası əlaqələri inkişaf etdirmək vacibdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Qazaxıstan Parlamentinin spikeri ilə görüşündə bildirib. "Biz vahid kökə, ümumi mədəniyyətə malikik. Bu, bizi - türkdilli ölkələri XXI əsrdə daha çox yaxınlaşmağa məcbur edir", - Əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Qazaxıstanın TÜRKPA-ya sədrliyi dövründə bütün türkdilli ölkələrin təşkilata cəlb edilməsinə nail olacağına ümid edir. "Qazaxıstan bütün dünyada tanınıb və Mərkəzi Asiya regionunda, Azərbaycan isə Cənubi Qafqazda liderdir. Qazaxıstan və Azərbaycan qardaş xalqların gələcəkdə də tərəqqisi üçün səyləri birləşdirməlidirlər", - Əsədov bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.