Siyasət
Siyasətdə "oynamayan" partiyanın problemləri nədir?
27 Aprel 2011 12:44
Baxış: 251
"İndi heç bir blok, ittifaq və ya hərəkatda deyilik. Mövqeimiz partiyanın Siyasi Şurasının qərarı ilə bağlıdır və təbii ki, bu qərara bütün üzvlər riayət edirlər".
Bu fikirləri Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Milli.Az xəbər portalının əməkdaşı ilə söhbətində dedi. Partiyanın bir vaxtlar təmsil olunduğu Demokratiya Uğrunda İttifaqın (DİU) sıralarını tərk etməsi ilə bağlı səslənən iddialara, xüsusilə də "BAP-a kənardan təzyiqlər oldu, partiya diqtə ilə idarə edilir" suçlamalarına münasibətini açıqlayan E.Musayevin dediyinə görə, rəhbərlik etdiyi siyasi təşkilatın həmin qurumdan uzaqlaşması ilə bağlı deyilənlərin heç bir əsası yoxdur.
"Belə boş və mənasız iddiaları şərh etmək istəməsəm də, məsələyə müəyyən aydınlıq gətirim. Təəssüflər olsun ki, Azərbaycan siyasətində, müxalifət düşərgəsində bəzi xoşagəlməz məqamlar var. Belə ki, siyasi təşkilatlar bir qurumda təmsil olunurlar, birgə fəaliyyət göstərirlər və günlərin birində yollarını ayıranda əsassız ittihamlar, gülünc iddialar başlanır.
Partiyamız DİU-nu tərk edəndə bəyanat vermədi, atdığı addımın səbəblərini də geniş ictimaiyyətə açıqlamadı. Belə iddiaları səsləndirən şəxslərə də demişəm ki, ayıbdır, belə boş bəyanatlar verməsinlər. Birdəfəlik və birmənalı şəkildə demişəm ki, siyasətdə oynamırıq, ikiüzlü davranışımız da yoxdur. Kim belə işlərlə məşğul olursa, özü bilər", - E.Musayev dedi.
BAP-ın indiki vəziyyəti və fəaliyyətinin nə yerdə olması ilə bağlı sualı cavablandırarkən E.Musayev söylədi: "Adətən belə sualı cavablayanda siyasətçilər çox nikbin bəyanatlar verir, gərgin fəaliyyətdə olduqlarını deyirlər. Lakin biz reallığa uyğun addım adamlarıq və buna görə də açıq deyirəm: müxalifətdəki siyasi təşkilatların, o cümlədən Böyük Azərbaycan Partiyasının vəziyyəti ürəkaçan deyil. Böyük çətinliklər var və bu, iqtisadi problemlərlə bağlıdır. Əfsuslar olsun ki, siyasi partiyaların fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirilmir.
Ona görə də müəyyən maliyyə çətinliklərimiz var. Buna baxmayaraq, mövqeyimizdə qalırıq, təşkilatlanma işi ilə məşğuluq, ölkədə və düynada gedən prosesləri izləyirik, partiyanın proqramına uyğun ayrı-ayrı sahələrlə bağlı təhlillər aparır, həmin materiallar üzərində işləyir və onları təkmilləşdiririk".
Orxan Hun
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
-
Azərbaycan XİN Cibutinin təbrik etdi
-
Azərbaycan təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib
-
Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
-
Avropa Komissiyasının sədri 1 iyulda Azərbaycana gələcək
-
Kamaləddin Qafarov: “Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi”
XƏBƏR LENTİ
-
Günün qoroskopu: İnsanlarla ünsiyyətiniz bu gün çox uğurlu olacaq
-
Sirxan Məmmədov infarkt keçirdi - (Foto)
-
Türkiyə futbolunda Məsud Özil dövrü başlaya bilər
-
"UFC Fight Night Baku": Maqomedov Pereyranı məğlub edib
-
Serbiya Prezidenti kimi son günlərimdir - Aleksandar Vuçiç
-
UFC: Rafael Fiziyev rəqibini nakautla məğlub edib
-
Bella Hadidin xəstəliyi kəskinləşdi: Evdən çıxa bilmir
-
Parisdə ekstremal istilər: 109 nəfər dünyasını dəyişdi
-
Venesuelada güclü zəlzələ: 1430 ölü, 3500-ə yaxın yaralı - Yenilənib - (Video)
-
UFC: Nazim Sadıxov nakautla məğlub olub
-
Səhər yeməyi süfrələriniz üçün praktik ləzzət: Lalanga
-
Britninin oğulları podiumda (Foto)
-
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
-
Qriqori Leps plastik əməliyyatla tanınmaz hala düşdü (Foto)
-
Şamaxıda Ağsu çayı daşdı - hərəkət iflic oldu - (Video)
-
"Zirə" Özbəkistan klubuna məğlub oldu
-
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb
-
Mikki Rurk dişsiz görüntüləndi - (Foto)
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - Yenilənib
-
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
-
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
-
Yaşar Yusub ailəsi ilə istirahətdə (Foto)
-
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib