Siyasət
Altı il ərzində korrupsiya ilə bağlı 700 nəfər barəsində cinayət işi başlanıb
20 Aprel 2011 10:18
Baxış: 173
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi fəaliyyətə başladığı vaxtdan indiyədək rüşvətalma, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talama və digər faktlar üzrə 700 nəfər şəxs barəsində 386 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Milli.Az xəbər portalının məlumatına görə, bu barədə məlumatı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində verib.
Məqalədə deyilir ki, idarə tərəfindən ölkədə korrupsiyaya qarşı mübarizənin vəziyyəti ardıcıllıqla öyrənilməklə bu qəbildən olan hüquqpozmalarla bağlı məlumatlar toplanılaraq təhlil ediib və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün tövsiyələr hazırlanıb. Həmçinin bir sıra qurumlarda korrupsiya hüquqpozmaları barədə müraciətlərə baxılması vəziyyəti və bəzi sahələrdə mövcud olan korrupsiya hüquqpozmaları ilə əlaqədar aşkar edilmiş qanun pozuntuları və onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə təqdimatlar verilib. Cinayət xarakterli materiallara və istintaqı başa çatdırılmış işlər üzrə verilmiş təqdimatlara əsasən, bir sıra işçilər intizam qaydasında cəzalandırılıb, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib.
Kamran Əliyev sözlərinə görə, korrupsiya halları ilə üzləşmiş vətəndaşlara ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanının yaradılması məqsədilə Baş prokuror Zakir Qaralovun müvafiq əmri əsasında idarənin nəzdində "161" nömrəli "qaynar xətt" əlaqə mərkəzi yaradılıb. Bu mərkəz 3 mart 2011-ci il tarixdən fəaliyyətə başlayıb, istirahət və bayram günləri də daxil olmaqla, sutkanın 24 saatı ərzində vətəndaşlar tərəfindən mərkəzə ödənişsiz zəng etmək üçün bütün texniki imkanlar yaradılıb: "Fəaliyyətə başladığı bir aydan artıq müddət ərzində "qaynar xətt" əlaqə mərkəzinə 1200-dən artıq müraciət daxil olub, korrupsiya ilə əlaqədar olmayan 3700-dən artıq müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası yollarına dair ətraflı izahlar verilib. Daxil olmuş müraciətlər və onlara baxılmasının nəticələri üzrə aparılan təhlillər göstərir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində dövlət başçısının rəhbərliyi altında həyata keçirilən qətiyyətli və düşünülmüş tədbirlər öz müsbət bəhrəsini verməkdədir. Belə ki, bir tərəfdən "qaynar xətt" əlaqə mərkəzinə daxil olan zənglərin sayının azalması tendensiyası müşahidə olunur. Digər tərəfdən isə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində 237-dən artıq vətəndaşın müraciətinin müsbət həll olunması təmin edilib, zəruri qabaqlayıcı tədbirlər həyata keçirilib və 7 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanaraq istintaq aparılır".
Kamran Əliyev məlumat verib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qurumları və vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı əməkdaşlıq və informasiya mübadiləsini daha da inkişaf etdirmək niyyətindədir. Bundan başqa, korrupsiyaya qarşı mübarizə sahəsində kütləvi informasiya vasitələrinin əhəmiyyətli rolunu nəzərə alaraq bu sahədə görülmüş tədbirlər barədə İctimai Televiziyada maarifləndirici silsilə verilişlərin efirə verilməsi nəzərdə tutulub.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Antalyada Birinci xanım Mehriban Əliyeva və Əminə Ərdoğandan səmimi görüntülər - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - (Foto/Video)
-
Tehran öz dininə xəyanət edir
-
Azərbaycan və Gürcüstan arasında dini sahədə münasibətlər müzakirə olunub
XƏBƏR LENTİ
-
“Dostları ərimi xəyanətə təşviq edirlər…” - Yasemin Sakallıoğlu
-
16 min nəfərin yuxusu araşdırıldı - telefonlar yuxumuza niyə girmir?
-
Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - (Foto)
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)