Siyasət
AŞPA-da 9 yaşlı Fariz Bədəlovun qətlini pisləyən yazılı bəyanat qəbul olunub
14 Aprel 2011 15:28
Baxış: 148
AŞPA-nın yaz plenar sessiyasının dördüncü iş günündə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın martın 8-də Fariz Bədəlovun Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi ilə bağlı hazırladığı yazılı bəyanat qəbul olunub. Trend-in məlumatına görə, bəyanatı AŞPA-nın müxtəlif ölkələrdən olan 20-dən artıq üzvü imzalayıb.
"Bu il mart ayının 8-də Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu mövqelərindən Ağdam rayonunn Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu öz evlərinin həyətində oynayan zaman snayperlə hədəfə alaraq qətlə yetirmişlər. Kiçik yaşlı bir uşağın faciəli şəkildə qətlə yetirilməsi bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olmaqla yanaşı, bir insanlıq faciəsidir. Bu cinayət bölgədə onsuz da gərgin vəziyyəti daha gərginləşdirmişdir. Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq işğal etdiyi Azərbaycan bölgələrində qurduqları mövqelərdən dinc azərbaycanlıları snayperlərlə hədəfə alması hallarının çoxalması beynəlxalq hüquqla, Ermənistanın AŞ qarşında üzərinə götürdüyü öhədliklərə, AŞPA-nın 1416 saylı qətnaməsinə tamamilə ziddir və münaqişənin tənzimlənməsinə dair ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə də bir zərbədir", - bəyanatda deyilir.
Yazılı bəyanatda AŞPA-nın bu cür addımları pislədiyi qeyd olunur.
"AŞPA 9 yaşlı Fariz Bədəlovun Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləyir və rəsmi İrəvanı bu hadisəni törədənlərin ədalət qarşısında cavab verməsini, günahkarların cəzalandırılmasını təmin etməyə çağırır. Assambleya Ermənistanı atəşkəs rejimini pozaraq sivil insanları snayperlərlə hədəfə almasını dayandırmağa, münaqişənin tənzimlənməsinə dair AŞ qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə və AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnaməni yerinə yetirməyə, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan yaratmağa çağırır və tələb edir", - bəyanatda bildirilir.
Azərbaycan nümayəndə heyəti üzvləri AŞ-nin insan haqları üzrə komissarı Tomas Hammarberqlə görüşərək ona Ermənistan silahlı qüvvələrinin 9 yaşlı Fariz Bədəlovu qətlə yetirməsi ilə bağlı ətraflı məlumat veriblər. Azərbaycanlı deputatlar komissardan bu məsələni öz nəzarətində saxlamasını, bu hadisəni törədənlərin layiqli cəzasını alması istiqamətində səylərini əsirgəməməsini istəyiblər.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünənki imtahanın cavabları nə vaxt açıqlanacaq?
-
İşə çatan kimi yuxunuz gəlir? - Bu üsullar sizi dərhal ayıldacaq
-
"Anamdan bir dəfə "səni sevirəm" sözünü EŞİTMƏDİM"
-
Bakının bu ərazilərində işıq 3 saatlıq KƏSİLƏCƏK
-
Van Persi qovuldu
-
Yola maşınla çıxanlara VACİB XƏBƏR - 7 əsas küçədə…
-
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
-
Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar
-
İyun ayı BÜRCLƏRə nə vəd edir?
-
Qarpız salatı resepti
-
Gözümüzü günəş şüasından necə QORUYAQ?
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib