Siyasət
Şirvan, Saatlı və İmişlidə müxalifət partiyalarının üzvləri istefa veriblər
11 Aprel 2011 15:02
Baxış: 215
Şirvan şəhərində İctimai Palatada təmsil olunan müxalifət partiyalarından 29 nəfər, o cümlədən AXCP-dən 20, Müsavat Partiyasından 5, Klassik Xalq Cəbhəsi Partiyasından 2, AMİP-dən 1 nəfər və Azərbaycan Xalq Partiyası Şirvan şəhər şöbəsinin sədri Sahir Bayramov üzv olduqları partiyalardan istefa veriblər. Məlumatı AzərTAc yayıb.
Saatlı rayonunda isə radikal müxalifət partiyaların ictimai-siyasi sabitliyin pozulmasına yönələn qanunazidd hərəkətlərinə etiraz əlaməti olaraq 7 nəfər AXCP, 5 nəfər Müsavat Partiyasının üzvü təmsil olunduqları partiyaların sıralarını tərk edib və bu barədə bəyanat veriblər.
İmişli rayonunda da Müsavat, AXCP, AMİP və AXP üzvlərinin bir qrupu bəyanat verib. Müşfiq Əkbərov, Söbəddin İbadov, Mehdi Alışov (Müsavat Partiyası), Gürşad Əsədov, Sahil Əliyev (AXCP), Anar Ələsgərov (AMİP) və Ülfət Şükürovun (Azərbaycan Xalq Partiyası) imzaladıqları bəyanatda deyilir: "İctimai Palata adlanan quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyalarının aprelin 2-də Bakı şəhərində qeyri-qanuni mitinq keçirməyə cəhd göstərməsi, heç bir demokratik prinsiplərə və insanlığa yaraşmayan hərəkətlərə yol verməsi bütünlükdə ölkə ictimaiyyəti kimi, bizim də dərin hiddətimizə səbəb olub. Cəmiyyətə açıq hörmətsizlik ifadə edən belə hərəkətlər nəticəsində fiziki və hüquqi şəxslərə ciddi ziyan vurulub. İndiyə qədər təmsil olunduğumuz müxalifət partiyalarının bu radikal hərəkətləri artıq bizi ayıldıb. Biz indi əsl həqiqəti başa düşmüşük və belə hesab edirik ki, bundan sonra belə insanların arasında bizə yer yoxdur. Əli Kərimlilərin, İsa Qəmbərlərin radikal partiyalarında təmsil olunmaq bizə heç vaxt başucalığı gətirməyəcək. Ona görə də bəyanat verərək bu partiyaların sıralarını tərk etdiyimizi bildiririk".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN Cibutinin təbrik etdi
-
Azərbaycan təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib
-
Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
-
Avropa Komissiyasının sədri 1 iyulda Azərbaycana gələcək
-
Kamaləddin Qafarov: “Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi”
-
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (Foto)
XƏBƏR LENTİ
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Rusiya və Ukrayna arasında növbəti girov mübadiləsi oldu
-
Yeşilçamın “Al Yazmalı”sından Kadir İnanıra son vida - (Foto)
-
Azərbaycan XİN Cibutinin təbrik etdi
-
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
-
İtkin düşən şəxsin meyiti Şabranda göldən tapıldı
-
Bakıda ağır qəza: Dirək aşaraq avtomobilin salonuna girdi - VİDEO
-
"100 minə görə 4 balamı anasız qoyursunuz" - (Video)
-
Fidan Hacıyevanın Vokal Məktəbində dünya şöhrətli Tamara İverinin ustad dərsi keçirildi - (Video/Foto)
-
Bakıda və Abşeronda yağışlı hava davam edəcək - Proqnoz
-
II Opera Günləri layihəsi çərçivəsində “Əsrlərdən gələn irs” adlı konsert proqramı təqdim olundu - (Foto)
-
Soros universitetinin qayıdışı: Bu əməliyyatın arxasında nə durur?
-
Cəlilabadda ev yandı
-
“Qarabağ”ın sabiq ulduzu Leandro Andrade yeni klubuna keçdi
-
Kadir İnanırın son istəyi nə olub? - Qardaşı oğlu danışdı
-
Ukrayna “Flaminqo” raketlərindən istifadə edib?
-
Bakı-Sumqayıt yolunda yük maşınının qapısı sınıb yola düşdü - VİDEO
-
İran XİN ABŞ-ı 18 iyun memorandumunu pozmaqda ittiham etdi
-
Rusiya vətəndaşlığı üçün rüsum 12 dəfə artırıldı
-
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - (Foto)
-
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - (Foto)
-
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - (Foto)
-
Qızıl və gümüşün qiymətində artım qeydə alındı
-
DÇ-2026-da qrup mərhələsinə yekun vurulur