Siyasət

Sabah Avropa Birliyində Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək

11 Aprel 2011 13:18
Baxış: 152
Milli.Az xəbər portalının "Azadlıq" radiosunun Ermənistan bürosuna istinadən verdiyi məlumata görə, toplantının gündəliyinə Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr də salınıb. Söhbət ilk növbədə Dağlıq Qarabağ problemindən gedir.
"Xüsusilə bu ilin iyulunda AB-yə sədrliyi üzərinə götürəcək Polşa Qarabağ problemindən narahatdır", - deyə məlumatda bildirilir. Radionun əməkdaşı deyir: "Polşalı yüksək rütbəli diplomatla söhbətimdə o, Dağlıq Qarabağdakı vəziyyətdən narahat olduqlarını bildirdi. Diplomat hesab edir ki, Polşanın Avropa Birliyinə rəhbərliyi dönəmində Qarabağda Cənubi Osetiyada yaşananlar təkrarlana bilər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.