Siyasət

Fransanın sabiq ədliyyə naziri Azərbaycan Diplomatik Akademiyasında çıxış edib – FOTO

9 Aprel 2011 14:37
Baxış: 228
Fransanın sabiq ədliyyə naziri, Paris şəhərinin 7-ci rayonunun meri Rəşidə Dati ADA-nın "Qlobal Prespektivlər" layihəsi çərçivəsində Avropa İttifaqının genişlənməsi və qurumun Azərbaycanla əməkdaşlıq potensialı haqqında danışıb. Xanım Dati Aİ-nin Qafqaz regionuna xususi diqqət yetirdiyini, bu diqqətin Rusiya-Ukrayna qaz münaqişəsindən sonra daha da gücləndiyini bildirib. Rəşidə Dati misal kimi 2009-ci ildən həyata keçirilən "Şərq tərəfdaşlığı" layihəsini qeyd edib. Bu layihə təkcə enerji sahəsində deyil, azad ticarət, viza rejiminin də sadələşdirilməsi sahəsində əməkdaşlığı nəzərdə tutur.

Xanım Dati Azərbaycana Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün gəlib. O Azərbaycanın inkişafına və Bakının gözəlliyinə heyran qaldığını deyib.

Milli.Az







 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.