Siyasət

Xaçmazda yaşayan Rusiya vətəndaşları deportasiya edilə bilərlər

8 Aprel 2011 12:10
Baxış: 195
APA-nın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov YAP qərargahında bu gün keçirdiyi mətbuat konfransında deyib. DMX sədri bildirib ki, Azərbaycanda yaşayan hər bir əcnəbi kimi, Xaçmazın Xraxoba kəndində yaşayan Rusiya vətəndaşları da müvafiq icazə almalıdırlar: "Biz başa düşürük ki, sözügedən kəndlərdə mövcud olan məsələ tarixi bir məsələdir. Həmin kənddə yaşayan insanlar bu bölgəyə bağlı adamlardırlar. Biz Rusiya tərəfi ilə bu məsələnin həllinə çalışırıq. Həmin kənddə yaşayan Rusiya vətəndaşlarının kütləvi şəkildə Rusiyaya köçürülməsi nəzərdə tutulurdu. Lakin onlar öz istəyi ilə yaşayış yeri seçməyə və dəyişməyə qərar verdilər. Rusiya səfirliyinin əməkdaşları və biz onlara xəbərdarlıq etdik ki, əgər bu ölkədə yaşamaq istəyirsinizsə, müvafiq icazə almaq gərəkdir. Əks halda onlar Azərbaycandan deportasiya ediləcəklər. Biz bu məsələnin müsbət həllinin tərəfdarıyıq".

Qeyd edək ki, Xaçmazın Xraxoba kəndində 280 nəfərdən çox Rusiya vətəndaşı yaşayır.  

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.