"Azərbaycanda multikultural dəyərlərə əsrlərdən bəri mühüm yer verilib"
Azərbaycanda multikultural dəyərlərə əsrlərdən bəri mühüm yer verilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fevralın 8-fən fəaliyyətə başlayan "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş - 2016" adlı Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşündə deyib.
2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edildiyini deyən K.Abdulla bildirib ki, bu il elan edilərkən məhz xalqımızın tarixi kökündə formalaşan və yaşayan möhtəşəm mənəvi, elmi, siyasi qaynaqlara əsaslanıb.
K.Abdulla qeyd edib ki, 2015-ci ilin yaz və payız semestrlərində "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatıldığı qış məktəbinin iştirakçılarının Azərbaycan haqqında nəzəri bilikləri olub: "Bu nəzəri biliklərə ciddi əlavələr etmək lazımdır. Biz çalışmalıyıq ki, Azərbaycana olan maraq məhəbbətə çevrilsin".
Tədbirdə dövlət müşaviri "Azərbaycan multikulturalizmin ədəbi-bədii qaynaqları" kitabı haqqında məlumat verib. O bu nəşrin "Azərbaycan multikuralizmin qaynaqları" seriyadından ilk kitab olduğunu deyib. K.Abdulla qeyd edib ki, bu kitabda Azərbaycan ədəbiyyatının bütün dövrlərində yazıb-yaradan sənətkarların əsərlərində öz əksini tapan multikultural dəyərlər toplanıb, onların yaradıcılığı tamamilə yeni rakursdan təqdim edilib.
Qeyd edək ki, qış məktəbi fevralın 15-dək Bakı, Quba, Xaçmaz və Qusarda işini davam etdirəcək.
Bakı Multikulturalizm Mərkəzinin qış məktəbinə Azərbaycanla yanaşı, Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Litva və Almaniya ali məktəblərinin tələbələri və xarici mütəxəssislər qatılıblar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
XƏBƏR LENTİ
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)





