Prezident İlham Əliyev əvvəlcə binanın ətrafında yaradılan şəraitlə və inzibati bina ilə tanış olub. Kamera və orqan musiqisi zalı binası ilə tanışlıq zamanı məlumat verilib ki, bu tarixi-memarlıq abidəsi 1896-1899-cu illərdə yevangelik-lüteran kilsəsi kimi inşa edilib. Bina 1934-cü ilədək kilsə kimi fəaliyyət göstərib. Burada orqan musiqisi ilk dəfə 1900-cü ildə səsləndirilib. Sonralar isə burada müxtəlif mədəni tədbirlər keçirilib. 1989-cu il fevralın 1-dən bu bina Mədəniyyət Nazirliyinin, müstəqillik illərində isə birbaşa Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə keçib.
Binanın hündürlüyü 46 metrdir. Təmir və bərpa işləri zamanı burada xüsusi akustika sistemi yaradılıb. Restavrasiya olunmuş orqan isə amfiteatrdan səhnəyə endirilib. Səhnənin sahəsi 40 kvadratmetrdən 75 kvadratmetrədək genişləndirilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva orqan musiqisini dinləyiblər.
Dövlət başçısı və xanımı binanın təmirdən əvvəlki vəziyyətini əks etdirən şəkillərə baxıblar.
Prezident İlham Əliyev binada görülmüş işlərdən razılığını bildirib.
Milli.Az





