Siyasət
Prezidentin iqtisadi islahatları sosial rifahın əsasıdır…
18 Dekabr 2014 12:26
Baxış: 734
Azərbaycan Prezidenti İlham Əliyevin Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılış mərasimində çıxışı zamanı yaddaqalan mühüm məqamlardan biri də neftin qiymətinin düşməsi və bunun Azərbaycan iqtisadiyyatına, ümumiyyətlə, insanların maddi və mənəvi rifahına necə təsir edəcəyi ilə bağlı verdiyi açıqlama idi. Həmin sitatda Prezident qeyd etdi: "İndi neftin qiyməti çox aşağı düşüb. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcək. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var".
Məlumdur ki, Qərbin sanksiyaları ilə üzü-üzə qalmış Rusiya dövləti məhz neftin qiymətinin düşməsindən sonra bütün sahələrdə tənəzzüllə üzləşdi, ixrac və idxalda yaranan problemlər rublun məzənnəsini kəskin şəkildə azaltdı. Mərkəzi Bank və digər dövlət strukturları rublu nə qədər sabit saxlamağa çalışsalar da, bu, alınmadı. Çünki bu, tək sanksiyalarla bağlı deyildi, illərlə yığılmış iqtisadi problemlərin də təzahürü idi. Tək neft və müdafiə sənayesinə güvənməklə iqtisadiyyatı idarə etmək kimi iddialarla xalqa rifah vermək düz siyasət deyildi.
Bundan fərqli olaraq Azərbaycan iqtisadiyyatında tənəzzül yaşanmadı, qeyri-neft sektorunda mümkün islahatlar aparıldı, nəticələr əldə edildi. Dövlət başçısının qeyd etdiyi kimi, bizdə manatın sabit məzənnəsi var, neft gəlirlərinin vaxtında tənzimlənməsi nəticəsində güclü iqtisadi, düşünülmüş sosial-siyasət həyat keçirildi. Prezident eyni zamanda, bildirdi ki, "indi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət hal deyil. Ancaq bu, sosial məsələdir. Belə də olmalıdır". Çünki insan faktoru, sosial məsələlər bu siyasətin ən mühüm hissəsidir. Məlumdur ki, bu gün neft sahəsində aparılan düzgün siyasətin hesabına Azərbaycan böyük neft gəlirlərinə malik bir dövlətdir, strateji valyuta ehtiyatları təxminən 50 milyard dollar civarındadır. Məhz buna görə də manatın məzənnəsi digər dövlətlərdən fərqli olaraq sabit qalıb.
Məlumdur ki, dövlət başçısının da qeyd etdiyi kimi, neftin qiymətinin dünya bazarında ucuzlaşması daxil olan vəsaitin azalması deməkdir. Buna baxmayaraq, gələcək iki-üç ildə manatın məzənnəsinin kəskin şəkildə azalması ilə bağlı narahatlığa əsas verən heç bir səbəb yoxdur.
Fəxr olunası hal kimi qeyd etmək lazımdır ki, 2015-ci ildə Bakıda ilk Avropa Oyunları keçiriləcək. Yəni, bu, stabil iqtisadiyyatın, manatın dəyişməz məzənnəsinin və inkişafın təzahürüdür.
Bütün bu proseslər, əlbəttə ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan iqtisadi islahatların hesabınadır. O islahatlar və iqtisadi modellər ki, digər dövlətlərə də təcrübə mübadiləsi kimi örnək ola bilər.
Diqqətçəkən məqamlardan biri də dövlətimizin müstəqillik illərində belə bir inkişafın əldə edilməsində çətinliklərdən, müharibələrdən keçərək öz yolunu seçməsidir. Prezident İlham Əliyev həmin çıxışında bu məqamı bir daha qeyd etdi: "Biz 23 ildir ki, müstəqilik. Bu, böyük xoşbəxtlikdir. Bu, ən böyük sərvətimizdir. Ancaq bu müstəqillik, eyni zamanda, siyasi müstəqilliklə də tamamlanmalıdır və bu gün bu, Azərbaycanda var. Biz müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Biz heç kimin diktəsi ilə oturub-durmuruq və oturub -durmayacağıq. Öz sözümüzü daim açıq deyəcəyik və prinsipial mövqeyimizi nümayiş etdirəcəyik".
Arzu Nağıyev,
Trend-in baş direktorunun müavini

DİGƏR XƏBƏRLƏR
-
XİN gəmidə yaralanan azərbaycanlıların vəziyyətini AÇIQLADI
-
Köçəryan Paşinyanı hədələdi
-
Paşinyan Bakıya gələcək - Özü AÇIQLADI
-
XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama
-
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
-
CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik - MEDİA
XƏBƏR LENTİ
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb
-
Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
-
Paşinyanı ilk o, təbrik etdi - FOTO
-
Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
Perez yenidən "Real Madrid"in prezidenti seçildi
-
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO