Bir siyasi qibləyə açıq alınla
Son zamanlar bir sıra ilk baxışdan sadə görünən, bəlkə də protokol mahiyyətli faktlar, məni əslində heç də sadə olmayan bir nəticəyə gəlməyə vadar edir. Gəldiyim nəticə ondan ibarətdir ki, iki müttəfiq dövlət - Azərbaycan və Türkiyə liderlərinin demək olar ki, sinxron atdığı addımlar nəticəsində artıq tam formalaşmış vahid siyasi xətt var.
Məsələn, İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin ali rəsmisi ilə görüşür. Bu arada Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının daxili işlər nazirini qəbul edir. Ardınca İlham Əliyev Ərəbistana, Türkiyə prezidenti İran İslam Respublikasına gedir. İlham Əliyev Ərəbistanda, Ərdoğan İranda müsəlmanlarla bağlı bəyanat verir. Və hər ikisi sanki eyni məzmunda. Elə bil sözü bir yerə qoyublar. Bəzən adama elə gəlir ki, hər iki lider az qala eyni mətni razılaşdırıb.
Türkiyə prezidenti Tehranda hər hansı əqidə cığırdaşlığından, iman xobbiçiliyindən kənar - daha böyük radiusa hesablanmış bəyanat verir. Eyni miqyas və iman genişliyi ilə İlham Əliyev Ərəbistanda, kralın süfrəsi başında çıxış edir. Onun da nitqinin əsas leytmotivi müsəlmançılıqdır, prezidenti maraqlandıran harasındasa nəyisə çatışmaz qısa təriqət qolları deyil, mütləq Qiblə, vahid müsəlman qütbüdür.
Fikir verirsinizsə, mən burada xırda detallara varmır, bir arqumenti ala dağdan, birini qara dağdan gətirib qənaətimə uyğun olaraq zorla bir-birinə pərçim etmirəm. Sadəcə faktları sadalayıram. Türkiyə və Azərbaycanın vahid mövqedən çıxış etməsinin bir sistem halını alması əslində bir günün işi deyil. Azərbaycan prezidentinin bu çıxışını yəqin xatırlayırsınız. Ermənistan prezidentinin Türkiyənin ünvanına onun liderinin iştirak etmədiyi toplantıda səsləndirdiyi fikirlərə İlham Əliyevin verdiyi - Türkiyə burada yoxdur, əvəzində mən varam, tutarlı cavabı.
Eləcə də Türkiyə dövlətinin başçısının Azərbaycanın maraqlarının tələb etdiyi siyasi-diplomatik ərazilərdə nümayiş etdirdiyi davranış və açıq müdafiə tərzi artıq kimisə təəccübləndirmir. Və hər şeydən görünür ki, məsələ heç də ortada Türkiyə və Azərbaycan əlaqələrinin bir millət, iki dövlət klassik düsturu əsasında formalaşmasında deyil. Məsələ həm də bu iki dövlətin sadəcə olaraq eyni maraqlara malik olması və getdikcə onları birləşdirən səbəblərin artmasındadır. Bu iki ölkə artıq vahid siyasət yürüdür. Amma hər birinin tam müstəqilliyi qorunub saxlanılmaqla.
Bu gün Azərbycan-Türkiyə müttəfiqliyi daha çox Birləşmiş Ştatlar-İngiltərə müttəfiqliyinə bənzəyir. Bu müttəfiqlik bir ölkənin o birinin müstəqilliyinə tam anlayışla yanaşmasına, amma taleyüklü məsələlərin həllində vahid platformadan çıxış etməsinə əsaslanır. Bəli Birləşmiş Ştatlar-İngiltərə müttəfiqdir. Amma o qədər olub ki ABŞ prezidenti İngiltərə parlametində çıxış edib, hətta nəyisə xahiş edib, amma buna parlamentdə elə İngiltərə maraqları qəbul etmədiyindən rədd cavabı veriblər.
Məsələn, Folklend böhranında Birləşmiş Ştatlar İngiltərənin əleyhinə çıxmaqla öz müstəqil siyasətini nümayiş etdirdi. Çünki onun Argentina ilə normal münasibətləri var idi. Yəni əsl, qarşılıqlı etibara və etimada əsaslanan, bir-birinin suverenliyinə hörmətlə yanaşan müttəfiqlik sətiraltısız, eyhamsız olur.
Mir Şahin
Hesabat
DİGƏR XƏBƏRLƏR
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)
-
Ərdoğan: Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik
-
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - (Foto-Video)
-
Rusiya səfiri XİN-ə çağırıldı
XƏBƏR LENTİ
-
"Fənərbağça"nın yeni transferi Lukakunu Türkiyəyə bağlayan səbəblər varmış - Maraqlı faktlar
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi
-
Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə döydü
-
Bu 3 bürcü gözləyən xoşbəxtliyə hamı həsəd aparacaq
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb
-
“Neftçi” onu transfer etdi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
"Uzak şehir"in aktyoru nişanlandı - (Foto)
-
"Qalatasaray"dan portuqaliyalı ulduza ağlasığmaz təklif
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
İngiltərə Premyer Liqasında yeni qaydalar
-
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
-
“Həmin mahnını elə-belə yazmışdım” - Səbinədən etiraf
-
Maykl Ceksonun qızı: “Mənə üç həftədə 9 elektroşok verdilər”
-
"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - (Foto)
-
“YouTube” baxışın hesablanmasını dəyişdi – Videolar belə sayılacaq
-
Xalq artisti nəvəsi ilə fotolarını paylaşıb bunları yazdı





