Siyasət
Politoloq qeyd edib ki, bütün ermənilər (Ermənistanda və ya xaricdə yaşamasından, iqtidar və ya müxalifət əqidəsindən, professor və ya çoban olmasından asılı olmayaraq) belə hesab edirlər ki, ermənilər xüsusi missiyalı xalqdır, o yalnız monoetnik və monokonfessional dövlətə malik olmalıdır və ermənilərin ətrafında təhlükəsizlik zonası yaradılmalıdır.
Onun sözlərinə görə, ermənilərin ksenofobik fərqləndirməsinin qarşısının alınmaması özünü digər məsələlərdə də göstərdi: "Ermənistanın ictimai-siyasi mühiti həqiqətən rus dilini və mədəniyyətini təhqir edən kompaniya keçirdi. O zaman buna Ermənistan rəhbərliyi, rus mənşəli ermənipərəst ekspertlər, o cümlədən Rusiyanın Ermənistandakı səfiri qətiyyən münasibət bildirmədilər. Rusiyanın hesabına milyarderə çevrilmiş "Troyka-Dialoq" Ruben Vardanyan isə həmin dövrdə Dilicanda ingilis dilli kompleksinin tikintisini intensivləşdirdi. Bunun ardınca prezident Serj Sərkisyan erməni xalqının Avropa sivilizasiyasının tərkib hissəsi olması tezisini ortalığa atdı: Ermənilər təsadüfən rusların təsiri altına düşüblər, əslində onlar avropalılarla eyni dəyərlərin daşıyıcılarıdır. Sonradan Avropa sivilizasiyasının bəzi detalları konkretləşdi. Avropa sivilizasiyası üçün pravoslavlıq islamdan daha təhlükəli imiş, eləcə də slavyanlar aşağı keyfiyyətli insanlar imişlər. S.Sarkisyan erməni xalqını ruslara belə yanaşan sivilizasiyanın tərkib hissəsi hesab edir. Belə ictimai şüura malik erməni xalqı həm özü, həm də region üçün təhlükəlidir. Onun tərbiyələndirilməsi ən aktual məsələdir. Ermənistan polietnik, polikonfessional struktura çevrilməlidir. Erməni xalqında qorxaqlıq sindromu aradan qaldırılmalıdır. Ksenofobiya və irqi ayrı-seçkiliyin birbaşa əlaməti olan özünəməxsusluğu bəşəriliklə əvəzlənməlidir. Bu işlər ağır və uzunmüddətli prosesdir. Vaxt isə gözləmir. Ən yaxşı variant Ermənistanın quberniya kimi Rusiyanın tərkibinə daxil olmasıdır. Belə Ermənistanın erməni diasporu ilə əlaqələri də Kreml tərəfindən koordinasiya olunacaq. Təhlükəsiz münasibətlər sistemi qurulacaq. Rusiyanın tərkibində olan Ermənistanın özünəinamı artacaq, qorxu hissi azalacaq. Digər millətlər və dini təmsilçilərlə birlikdə yaşamaq vərdişi formalaşacaq".
M.Əhmədoğlunun fikrincə, Ermənistanın Rusiyanın tərkibinə quberniya formasında daxil olması Rusiyanı Cənubi Qafqazın digər iki dövlətinə də münasibətlərinə müsbət təsir edəcəkdir: "Əlbəttə, əvvəlcə bu proseslər ağrılı olacaq. Çünki Rusiya öz tərkib hissəsi olan Ermənistanla kommunikasiyaların qurulmasından ötrü Cənubi Qafqazın digər iki dövlətindən eksklüziv imkanlar tələb edə bilər. Lakin sonradan bu eksklüzivlik inamla əvəzlənəcək. Rusiyanın tərkibinə qatılan Ermənistan Rusiyanın hesabına əldə etdiyi ərazilərin bir qismini həqiqi sahibinə qaytarmaqla Rusiyanın Gürcüstan və Azərbaycan qarşısında nüfuzunun daha da yüksəlməsinə şərait yaradacaq. Söhbət Lori vilayətinin Gürcüstana, Zəngəzurun isə Azərbaycana qaytarılmasından gedir".
Politoloq qeyd edib ki, Rusiyanın Cənubi Qafqazın digər iki dövlətilə əlaqələri çox vacibdir. Onun sözlərinə görə, Rusiyanın Azərbaycanla ikitərəfli, qarşılıqlı faydalı və qarşılıqlı bir-birini tamamlayan münasibətləri nəinki Cənubi Qafqazda, ümumilikdə Ön Asiyada hədsiz zərurətə çevrilə bilər: "Bütün bunlar üçün Rusiya sintetik yaratdığı Ermənistanın taleyinə yenidən baxmalıdır".
Milli.Az
Mübariz Əhmədoğlu: "Rusiya erməniləri Cənubi Qafqaza gətirdi, amma tərbiyələndirə bilmədi"
25 İyun 2014 13:04
Baxış: 1 509
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Ermənilərin antirus fəaliyyəti uzun müddət davam edib, indi də davam etməkdədir. Bunun əsas səbəbi erməniləri Cənubi Qafqaza gətirən, onlara sintetik dövlət yaradan Rusiyanın erməniləri millət kimi tərbiyə edə bilməməsidir
Politoloq qeyd edib ki, bütün ermənilər (Ermənistanda və ya xaricdə yaşamasından, iqtidar və ya müxalifət əqidəsindən, professor və ya çoban olmasından asılı olmayaraq) belə hesab edirlər ki, ermənilər xüsusi missiyalı xalqdır, o yalnız monoetnik və monokonfessional dövlətə malik olmalıdır və ermənilərin ətrafında təhlükəsizlik zonası yaradılmalıdır.
Onun sözlərinə görə, ermənilərin ksenofobik fərqləndirməsinin qarşısının alınmaması özünü digər məsələlərdə də göstərdi: "Ermənistanın ictimai-siyasi mühiti həqiqətən rus dilini və mədəniyyətini təhqir edən kompaniya keçirdi. O zaman buna Ermənistan rəhbərliyi, rus mənşəli ermənipərəst ekspertlər, o cümlədən Rusiyanın Ermənistandakı səfiri qətiyyən münasibət bildirmədilər. Rusiyanın hesabına milyarderə çevrilmiş "Troyka-Dialoq" Ruben Vardanyan isə həmin dövrdə Dilicanda ingilis dilli kompleksinin tikintisini intensivləşdirdi. Bunun ardınca prezident Serj Sərkisyan erməni xalqının Avropa sivilizasiyasının tərkib hissəsi olması tezisini ortalığa atdı: Ermənilər təsadüfən rusların təsiri altına düşüblər, əslində onlar avropalılarla eyni dəyərlərin daşıyıcılarıdır. Sonradan Avropa sivilizasiyasının bəzi detalları konkretləşdi. Avropa sivilizasiyası üçün pravoslavlıq islamdan daha təhlükəli imiş, eləcə də slavyanlar aşağı keyfiyyətli insanlar imişlər. S.Sarkisyan erməni xalqını ruslara belə yanaşan sivilizasiyanın tərkib hissəsi hesab edir. Belə ictimai şüura malik erməni xalqı həm özü, həm də region üçün təhlükəlidir. Onun tərbiyələndirilməsi ən aktual məsələdir. Ermənistan polietnik, polikonfessional struktura çevrilməlidir. Erməni xalqında qorxaqlıq sindromu aradan qaldırılmalıdır. Ksenofobiya və irqi ayrı-seçkiliyin birbaşa əlaməti olan özünəməxsusluğu bəşəriliklə əvəzlənməlidir. Bu işlər ağır və uzunmüddətli prosesdir. Vaxt isə gözləmir. Ən yaxşı variant Ermənistanın quberniya kimi Rusiyanın tərkibinə daxil olmasıdır. Belə Ermənistanın erməni diasporu ilə əlaqələri də Kreml tərəfindən koordinasiya olunacaq. Təhlükəsiz münasibətlər sistemi qurulacaq. Rusiyanın tərkibində olan Ermənistanın özünəinamı artacaq, qorxu hissi azalacaq. Digər millətlər və dini təmsilçilərlə birlikdə yaşamaq vərdişi formalaşacaq".
M.Əhmədoğlunun fikrincə, Ermənistanın Rusiyanın tərkibinə quberniya formasında daxil olması Rusiyanı Cənubi Qafqazın digər iki dövlətinə də münasibətlərinə müsbət təsir edəcəkdir: "Əlbəttə, əvvəlcə bu proseslər ağrılı olacaq. Çünki Rusiya öz tərkib hissəsi olan Ermənistanla kommunikasiyaların qurulmasından ötrü Cənubi Qafqazın digər iki dövlətindən eksklüziv imkanlar tələb edə bilər. Lakin sonradan bu eksklüzivlik inamla əvəzlənəcək. Rusiyanın tərkibinə qatılan Ermənistan Rusiyanın hesabına əldə etdiyi ərazilərin bir qismini həqiqi sahibinə qaytarmaqla Rusiyanın Gürcüstan və Azərbaycan qarşısında nüfuzunun daha da yüksəlməsinə şərait yaradacaq. Söhbət Lori vilayətinin Gürcüstana, Zəngəzurun isə Azərbaycana qaytarılmasından gedir".
Politoloq qeyd edib ki, Rusiyanın Cənubi Qafqazın digər iki dövlətilə əlaqələri çox vacibdir. Onun sözlərinə görə, Rusiyanın Azərbaycanla ikitərəfli, qarşılıqlı faydalı və qarşılıqlı bir-birini tamamlayan münasibətləri nəinki Cənubi Qafqazda, ümumilikdə Ön Asiyada hədsiz zərurətə çevrilə bilər: "Bütün bunlar üçün Rusiya sintetik yaratdığı Ermənistanın taleyinə yenidən baxmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
-
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
-
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
XƏBƏR LENTİ
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Qaradağda ağır qəza - Ölən və yaralananlar var
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
-
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
-
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etməyib?
-
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
-
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
-
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib
-
Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü
-
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - (Video)
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Dmitri Breykin vəfat etdi
-
Sabah Abşeron çimərliklərində külək güclənəcək
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub - (Foto)
-
Müctəba Xameneidən sərt mesaj: Qisas mütləq alınacaq





