Siyasət

Azərbaycanda keçmiş prezidentin ailə üzvlərinə aylıq müavinətin ödənilməsi qaydası dəyişib

30 Dekabr 2013 18:20
Baxış: 1 507
Azərbaycanın keçmiş prezidentlərinin ailə üzvlərinə aylıq müavinətin ödənilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Nazirlər Kabineti "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə" 2012-ci il 13 avqust tarixli 181 nömrəli qərarına dəyişiklik edib.

Trend-in Kabinetin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, Azərbaycanın keçmiş Prezidentinə aylıq pensiya və təmsilçilik xərclərinin ödənilməsi Dövlət Sosial Müdafiə Fondu, keçmiş Prezidentin ailə üzvlərinə aylıq müavinətin ödənilməsi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.