Azərbaycan Seyid Ocaqlarının təmsilçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər.
Trend-ə daxil olan təbrikdə deyilir:
"Hörmətli cənab Prezident! Sizi doğum gününüz münasibətilə təmsil etdiyimiz Azərbaycanın Əhli-Beyt təmsilçiləri olan Seyid Ocaqları adından səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.
Əsrlərdir Azərbaycan xalqının and və inam yerinə çevrilmiş Seyid Ocaqlarının nümayəndələri olaraq, Sizə ölkəmizin inkişafı və dövlətçiliyimizin bütövlüyü yolunda uğurlar diləyirik.
Sizin müdrik və uzaqgörən uğurlu siyasətiniz nəticəsində ölkəmizdə siyasi və sosial sabitliyin hökm sürdüyünün şahidi olmaqdayıq. Bizlər bundan qürur duyur və ölkəmizin istər sosial, istərsə də iqtisadi baxımdan güclənməsi yolunda apardığınız uğurlu əməli fəaliyyətinizin xalqımızın milli mənafeyinə və rifahına xidmət edəcəyinə inanaraq, bu şərəfli yolda Sizə aləmlərin rəbbi olan Uca Yaradandan güc və qüvvət diləyirik.
Hörmətli Ali Baş Komandan! Ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda apardığınız uğurlu xarici və daxili siyasətin doğma Qarabağ torpaqlarının düşmənlərdən tez bir zamanda azad olunmasına xidmət etdiyinin şahidi olmaqdayıq. Şəcərəsi bəlli Əhli-Beyt təmsilçiləri kimi, bizlər bu şərəfli yolda hər zaman Zati-alinizə mərhəmətli və rəhimli Uca Allah-Təaladan yardım diləyirik.
Sizin ölkəmizdə milli-mənəvi dəyərlərin mühafizə olunması yolunda tutduğunuz cəsarətli mövqe biz mənəviyyat adamlarını sevindirir. Xalqımızın əsrlərlə davam edən milli, dini dəyərlərinə göstərdiyiniz himayə qədirbilən insanlarımız tərəfindən təqdir olunur. Bizlər birmənalı olaraq ölkəmizdə milli-mənəvi dəyərlərin həqiqi təəssübkeşi olduğunuzu bəyan etməyi özümüzə borc bilirik.
Ötən il Sizin doğum gününüzdə məcburi köçkünləri ziyarət etməyiniz Qarabağ problemini hər zaman diqqətdə saxladığınızın və öz yurdundan didərgin düşən insanlara doğma münasibət göstərməyinizin bariz sübutudur. Uca yaradan Sizə növbəti illərdə doğum gününüzü işğaldan azad olunmuş Qarabağda, Şuşada keçirməyi nəsib etsin.
Hörmətli cənab Prezident!
Cəlalət və ülviyyət sahibi olan Uca Allahdan Sizə və ailənizə sağlam və uzun ömür diləyirik. Uca Rəbbimizdən şəxsinizə məmləkətimizdə birlik və bərabərliyin, insan hürriyətinin, eləcə də ölkəmizin gələcək rifahının daha da yüksəlişi naminə kömək diləyirik. Uca Yaradan daim Sizinlə olsun. Amin!"
Qarabağ Seyid Ocaqları təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli, Mir Əjdər ağa ocağı, Seyid Mir Qiyas ağa ocağı, Seyid Hacı Mirhəmid ağa ocağı, Seyid Cavad ağa ocağı, Seyid Məmməd ağa ocağı, Seyid Lazım ağa ocağı, Seyid Fuğara ağa ocağı, Seyid Yusif ağa ocağı, Seyid Məşədi Muxtar ağa ocağı, Seyid Mirməhəmməd ağa ocağı, Seyid Hacı Əhməd ocağı, Seyid Xəlil ağa ocağı, Seyid Mirməhəmməd ağa ocağı, Seyid Əziz ağa ocağı, Seyid Əşrəf ağa ocağı, Seyid Səttar ağa ocağı, Seyid Miriş ağa ocağı və bütövlükdə Azərbaycanın 26 müqəddəs Seyid Ocağı bu təbrikə qoşulub.
Milli.Az
Siyasət
Azərbaycan Seyid Ocaqlarının təmsilçiləri Prezident İlham Əliyevi təbrik ediblər
24 Dekabr 2013 12:31
Baxış: 2 073

DİGƏR XƏBƏRLƏR
-
İstanbul görüşündən gözləntilər: Tamam, ya davam? - AÇIQLAMA
-
Prezident Tural Piriyevə yüksək vəzifə verdi
-
İlham Əliyev Paraqvay Prezidentini təbrik edib
-
Vardanyanın məhkəməsi davam etdirilib - FOTO
-
Anar Ələkbərov: "Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Zəngilan məscidi Venesiya Arxitektura Biennalesində təqdim olunub" - FOTO
-
Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi
XƏBƏR LENTİ
-
Arda Turan İngiltərə klubunda?
-
Tanınmış müğənni Könül Xasıyevanı "pul yağışı"na tutdu - VİDEO
-
Neymarın yeni lüks avtomobili - FOTO
-
Körpəniz tez-tez qusursa, səbəb düşündüyünüzdən fərqli ola bilər
-
"Eldar yarışma ərəfəsində heç kimə dəstək olmurdu"
-
Şamaxıda zəlzələ oldu
-
Sevgi, simpatiya yoxsa sadəcə həyəcan? – Aşiq olmağın əlamətləri
-
REAL ID: Yeni şəxsiyyət vəsiqəsi bizə nə verir?
-
Cennifer məşq zamanı yaralandı - FOTO
-
"Qızıma görə qorxuram, ölkəm 10 il əvvəlki kimi deyil" - FOTO
-
"iPad" istifadəçilərinin sahib olacağı daha bir ÜSTÜNLÜK
-
Bu xəbərdən sonra yumurtanın ağını yeməyəcəksiz
-
Yayda həşəratlara qarşı təbii həll - Bu bitkini yandırmaq kifayətdir
-
Hamilələr bu meyvədən uzaq dursun
-
Peşə təhsili ilə bağlı statistika və proqnozlar: Əmək bazarını qane edir?
-
Ukraynanı Rusiya ilə danışıqlarda onlar təmsil edəcək
-
“Bütün cavablar Moskvadadır” - Zelenski
-
Putin Ukrayna ilə danışıqlar üçün onları göndərir
-
"Çox əziyyət çəkdim" - Mətanət İsgəndərlinin qızı - VİDEO
-
Zelenski Nəriman Cəlalovu Ukraynanın Türkiyədəki səfiri təyin etdi
-
Günün qoroskopu: mühüm qərarlar verməkdən çəkinin, əlverişli zaman deyil
-
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
-
Uruqvayda 3 günlük matəm elan edildi
-
Türkiyədə daha bir sənaye nəhəngi iflas etdi - Yüzlərlə işçi işsiz qaldı