Məlumat üçün deyək ki, bu sayt vasitəsilə dünyanın istənilən nöqtəsinə virtual səyahət etmək olar. Rus dilində mövcud olan saytın səyahət proqramı "Google Planeta Zemlya" adlanır. Sayt vasitəsilə planetin istənilən nöqtəsində olan ərazilərə, yaxud onların hansısa hissəsinin fotolarına, yerli xəritələrə baxmaq olar.
Adətən dəqiqliyə riayət edən bu saytda Azərbaycanın iki rayonu və bir kəndi Ermənistan ərazisi kimi göstərilib. Bunlar Naxçıvan Muxtar Respublikasının Ordubad və Sədərək rayonları, həmçinin Nehrəm kəndləridir.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, bu fakt onlara məlumdur və artıq "Google"un rəhbərliyinə etiraz bəyanatı da göndəriblər. O.Gündüzün sözlərinə görə, ümumiyyətlə "Google"da Azərbaycana qarşı bu cür saxtakarlığın baş verməsi ilk dəfə deyil. Yanlışlıqlar onların, eyni zamanda müvafiq rəsmi qurumların müdaxiləsindən sonra aradan göürülüb.
Azərbaycan İnternet Forumunun rəhbərinin sözlərinə görə, "Google"un bir neçə xidməti var. Onlardan bəziləri əsasən hazır xəritəni yerləşdirirlər. Belə olan halda təhrif faktına görə onlar məsuliyyət daşımır. Ancaq sırf "earth.google.com" saytı yerləşdirdiyi xəritəni özü tərtib edir. Buna görə də məlum faktla bağlı etiraz bəyanatı məhz "Google"un rəhbərliyinə göndərilməlidir.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov isə bildirib ki, onlarda bu faktla bağlı hər hansı məlumat yoxdur: "Belə bir faktı ilk dəfə sizdən eşidirəm. Biz araşdırarıq. Lazım gəlsə, rəsmi etiraz məktubu da göndəriləcək".
/ANS PRESS/
Siyasət
“Google”dan Azərbaycana qarşı növbəti təxribat
12 İyul 2010 17:33
Baxış: 464
DİGƏR XƏBƏRLƏR
-
Əbu-Dabidə İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub - VİDEO - FOTO
-
Atlantikadan boşluğa: Trampın strategiyası qarışıqlığın manifesti kimi
-
Vardanyanın məhkəmə istintaqı yekunlaşıb - FOTO
-
Azərbaycan və Türkiyə hərbi təhlükəsizliyi gücləndirən sənədi təsdiqlədi
-
"Azərbaycan dövləti həmkarlar ittifaqlarının sərbəst fəaliyyət hüququnu qanunvericilik çərçivəsində tam təmin edir" - Prezident
-
Prezident: Bəhreyndə səfirliyimizin təsis edilməsi ikitərəfli münasibətlərimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir
XƏBƏR LENTİ
-
Telefon qablarından istifadəni dayandırın - Mütəxəssis açıqladı
-
Kondisioner yaşlılarda ölüm riskini azaldır – Yeni araşdırma
-
Hədiyyə bəhanəsi ilə oğurluq: Goranboyda 81 yaşlı kişini aldadıblar
-
Türkiyədə tanınmış televiziya aparıcısı həbs edildi
-
"Qadınların 60%-i həyatında ən azı 1 dəfə bu problemlə üzləşir" - Uroloq
-
BMT Baş katibi Maduroya zəng vurdu
-
Toyu ilə dünyaya səs salan hindistanlı bu dəfə qonağı ilə gündəm oldu - FOTO
-
PSJ Qitələrarası Kubokun qalibi olub
-
Rusiya və ABŞ rəsmiləri həftəsonu görşə bilər
-
Aysun özünə yeni ev aldı - VİDEO
-
Meyiti tapılan Müşfiq vaxtsız ölən əmisinin adını daşıyırmış - FOTO
-
Süni intellektlə "Şaban"ın çəkiliş meydançasına qaytardılar - təsirli VİDEO
-
Ağdamda kənd sakini minaya düşdü - YENİLƏNİB
-
Günün qoroskopu: Sizi sevindirəcək xəbər ala bilərsiniz
-
Alimlər cəhənnəmi tapdılar - FOTO
-
“Evimdə çörək kəsiblər, amma...” – Rəqsanə məşhurlara səsləndi
-
ABŞ bu gecə müharibəyə başlaya bilər
-
Acun Ilıcalının diqqətdən qaçırdığı detal ona problem yarada bilər
-
Müğənni Güllünün sərvət açıqlandı
-
Uzun ömür yaşamaq istəyirsinizsə, yatın...
-
Partiya sədrinin nəvəsinin ölüm səbəbi bilindi - YENİLƏNİB
-
Azərbaycanlı aktrisanın hamam xalatında FOTOları yayıldı
-
DİN şagirdlərə satılan məhsulu araşdırır
-
Bizi yavaş-yavaş öldürən 3 qida





