Siyasət

Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub - (Foto)

14 İyul 2026 10:07
Baxış: 280

İyulun 14-də Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Slovakiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrinini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Slovakiya Prezidentinə raport verdi.

Slovakiya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Prezidenti Peter Pelleqrininin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.