Kamaləddin Qafarov: “Azərbaycan-Çexiya tərəfdaşlığında yeni mərhələ başlayır”
"Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri və Qəbələdə Prezident İlham Əliyevlə keçirilən görüş mühüm əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirilə bilər."
Milli.Az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Onun fikrincə , Azərbaycan ilə Çexiya arasında münasibətlər artıq ənənəvi əməkdaşlıq çərçivəsini aşaraq daha dərin strateji xarakter almaqdadır. "Prezident İlham Əliyevin bəyanatında vurğulanan əsas məqamlardan biri iki ölkə arasında fəal siyasi dialoqun mövcudluğudur. Bu, təsadüfi açıqlama deyil. Çünki hazırkı mürəkkəb geosiyasi şəraitdə qarşılıqlı etimad üzərində qurulan dialoq dövlətlərarası münasibətlərin dayanıqlığını müəyyən edən başlıca amildir. Regional təhlükəsizlik, Avropa enerji təhlükəsizliyi, ikitərəfli iqtisadi münasibətlər və qlobal gündəmdə yer alan məsələlər ətrafında aparılan müzakirələr Azərbaycan-Çexiya münasibətlərinin yalnız protokol xarakteri daşımadığını, real siyasi məzmun qazandığını nümayiş etdirir."
Millət vəkili bildirib ki, Çexiyanın Baş nazirinin Azərbaycanı strateji tərəfdaş adlandırması iki ölkə arasında münasibətlərin səviyyəsini aydın göstərən mühüm siyasi mesajdır: "Bu yanaşma Avropa İttifaqı məkanında Azərbaycanın artan rolunun, xüsusilə enerji, nəqliyyat və təhlükəsizlik sahələrində etibarlı tərəfdaş kimi qəbul edilməsinin növbəti təsdiqidir. Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olması barədə səsləndirilən fikir təsadüfi deyil. Son illər ölkəmizin regional proseslərdə artan təsir imkanları, müstəqil xarici siyasət kursu və strateji təşəbbüsləri beynəlxalq miqyasda Azərbaycanı mühüm aktora çevirib. Səfərin xüsusi diqqət çəkən istiqamətlərindən biri müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri oldu. Prezident İlham Əliyevin Çexiya ilə birgə istehsal layihələri üzərində danışıqlar aparıldığını bəyan etməsi münasibətlərdə yeni keyfiyyət mərhələsinin başlandığını göstərir. Bu, sadəcə məhsul alqı-satqısı deyil, texnologiya transferi, sənaye kooperasiyası və uzunmüddətli strateji əməkdaşlıq modelidir. Azərbaycanın son illər yerli müdafiə sənayesinin gücləndirilməsi istiqamətində atdığı addımlar bu əməkdaşlıq üçün ciddi zəmin yaradır. Çexiyanın bu sahədə zəngin təcrübəsi, texnoloji potensialı və müdafiə sənayesi ənənələri ilə Azərbaycanın artan istehsal imkanlarının birləşməsi qarşılıqlı faydalı sinerji formalaşdırır. Bu əməkdaşlıq həm Azərbaycanın müdafiə potensialını gücləndirə, həm də iki ölkə arasında sənaye tərəfdaşlığını daha dərin müstəviyə keçirə bilər. Burada mühüm məqam ondan ibarətdir ki, hərbi-sənaye əməkdaşlığı siyasi etimad olmadan mümkün deyil. Bu isə o deməkdir ki, Bakı ilə Praqa arasında münasibətlər artıq yüksək etimad mərhələsinə daxil olub. Bu amil Azərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişlənməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev leysan və sel sularının fəsadlarının aradan qaldırılması üçün vəsait ayırıb - SƏRƏNCAM
-
Kamaləddin Qafarov: “Azərbaycan-Çexiya tərəfdaşlığında yeni mərhələ başlayır”
-
Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb - FOTO
-
Dolların sonu yaxınlaşır? - Əsl həqiqət üzə çıxdı
-
İlham Əliyev Andrey Babişin Azərbaycana səfəri ilə bağlı paylaşım edib
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Çexiyanın Baş naziri ilə görüşünün görüntüləri paylaşılıb - VİDEO
XƏBƏR LENTİ
-
FHN tərəfindən bu rayonlarda evlər tikiləcək - ÜNVANLAR
-
Bağça yerlərində rekord artım qeydə alınıb
-
Sabunçu tunelindəki çökmə aradan qaldırılacaq
-
5 rayonda çayların üzərində mühafizə bəndləri tikiləcək
-
Qotur göllə bağlı zəruri tədbirlər görüləcək
-
Bakıda 4 rayonda istinad divarları tikiləcək
-
Həmin evə görə maddi yardım veriləcək
-
"Şabaş pulu ilə yüksələnlər kasıblayıb, yaxud faciəli şəkildə ÖLÜRLƏR"
-
Birinci sinifə qəbul qaydaları AÇIQLANDI
-
Yeni ixtisas fonunda seçim dilemması - Gələcəyin peşələri hansılardır?
-
Prezident İlham Əliyev leysan və sel sularının fəsadlarının aradan qaldırılması üçün vəsait ayırıb - SƏRƏNCAM
-
I sinifə qəbul prosesi bu tarixdən BAŞLAYIR
-
39 yaşlı qadın faciəvi şəkildə ÖLDÜ
-
“Şahdağ” hoteli görün kimin İMİŞ
-
Avtomobil almaq istəyənlər üçün PİS XƏBƏR
-
Vətəndaş müraciətləri dəyişir - Yeni qaydalar gəlir
-
"Turan Tovuz" çempion oldu - Klub prezidentinin sevinci DİQQƏT ÇƏKDİ - VİDEO
-
Şəmkirdə yanğın - 20 baş heyvan tələf oldu
-
Azərbaycanda lizinq faizləri enəcək - Bəs vətəndaş nə qazanacaq? - ARAŞDIRMA
-
Bakıda 1 yaşlı körpə ÖLDÜ
-
Futbolda sarı kart ləğv EDİLİR?
-
Rusiyada Ermənistan istehsalı suyun satışı dayandırıldı
-
BDYPİ piyadalara çağırış etdi
-
"iOS 26.5 Beta 4" istifadəyə verildi - Hansı yeniliklər var?





