Prezident İlham Əliyev leysan və sel sularının fəsadlarının aradan qaldırılması üçün vəsait ayırıb - SƏRƏNCAM
Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılmasına 85 milyon manat ayrılıb.
Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, cari ilin mart-aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik) obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurmuşdur. Aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq, operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülmüş, su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyi təmin edilmiş, infrastrukturun bərpası və təmir-tikinti işləri həyata keçirilmişdir.
Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85.869.260,0 (səksən beş milyon səkkiz yüz altmış doqquz min iki yüz altmış) manat, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 8.876.210,0 (səkkiz milyon səkkiz yüz yetmiş altı min iki yüz on) manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1.437.315,0 (bir milyon dörd yüz otuz yeddi min üç yüz on beş) manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21.443.875,0 (iyirmi bir milyon dörd yüz qırx üç min səkkiz yüz yetmiş beş) manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39.103.600,0 (otuz doqquz milyon bir yüz üç min altı yüz) manat və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə 15.008.260,0 (on beş milyon səkkiz min iki yüz altmış) manat vəsait ayrılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev leysan və sel sularının fəsadlarının aradan qaldırılması üçün vəsait ayırıb - SƏRƏNCAM
-
Kamaləddin Qafarov: “Azərbaycan-Çexiya tərəfdaşlığında yeni mərhələ başlayır”
-
Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb - FOTO
-
Dolların sonu yaxınlaşır? - Əsl həqiqət üzə çıxdı
-
İlham Əliyev Andrey Babişin Azərbaycana səfəri ilə bağlı paylaşım edib
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Çexiyanın Baş naziri ilə görüşünün görüntüləri paylaşılıb - VİDEO
XƏBƏR LENTİ
-
ADY bu tarixlərdə reyslərə əlavə qatarlar buraxacaq
-
“Məni izləyirlər” demişdi: Gənc qadın oteldə ölü tapıldı - FOTO
-
DYP sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq ETDİ
-
Ayın 29-da yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Məhkəmə Zaur Baxşəliyevlə bağlı qərar verdi
-
ABŞ-də maraqlı hadisə: Protokol pozuldu
-
Abşeron və Xırdalanda kanalizasiya xətləri təmir ediləcək
-
Azərbaycanda distant təhsilə KEÇİRİLİR? - RƏSMİ
-
Qaradağda çökmüş körpü yenidən inşa ediləcək
-
Bağçada müəllim bıçağı qızdıraraq uşağın əlinə xəsarət yetirib? - Rəsmi AÇIQLAMA
-
Avropa infrastruktur obyektlərinə qarşı dron hücumlarına hazır deyil
-
Məktəbdə intizam qaydaları üzrə statistika açıqlanıb
-
Attestatlar artıq kağız formada verilməyəcək
-
Müəllimlərin işə qəbulu bu tarixdən başlayır
-
Direktor olmaq üçün yeni tələb qoyuldu
-
Onların maaşları ARTIRILACAQ - RƏSMİ
-
FHN tərəfindən bu rayonlarda evlər tikiləcək - ÜNVANLAR
-
Bağça yerlərində rekord artım qeydə alınıb
-
Sabunçu tunelindəki çökmə aradan qaldırılacaq
-
5 rayonda çayların üzərində mühafizə bəndləri tikiləcək
-
Qotur göllə bağlı zəruri tədbirlər görüləcək
-
Bakıda 4 rayonda istinad divarları tikiləcək
-
Həmin evə görə maddi yardım veriləcək
-
"Şabaş pulu ilə yüksələnlər kasıblayıb, yaxud faciəli şəkildə ÖLÜRLƏR"





