Dünyada bənzəri olmayan restoran: Tullantılardan yaranan şah əsər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hindistanın Tamil Nadu ştatında yerləşən və qeyri-adi memarlıq yanaşması ilə seçilən "Petti" restoranı müasir dizaynla ekoloji geri dönüşümün möhtəşəm vəhdətini təqdim edir. Köhnə konteynerlər və sıxılmış torpaqdan inşa edilən bu tikili, dünyada oxşarı olmayan bir layihə kimi qiymətləndirilir.
Milli.Az xəbər verir ki, Tamil dilində "qutu" mənasını verən "Petti", sənaye limanına yaxın ərazidə atılan konteynerlərdən ilhamlanaraq yaradılıb. "Wallmakers" studiyasının memarları bu layihə ilə tullantının necə sənət əsərinə çevrilə biləcəyini sübut ediblər.
Layihədə cəmi 12 ədəd köhnə yük konteynerindən istifadə olunub. Lakin memarlar onları sadəcə yan-yana düzməyib, uzununa kəsərək polad çərçivə içərisində zikzaq formasında yerləşdiriblər. Tikilinin ən böyük sirri isə divarların sıxılmış torpaqdan ibarət dəlikli örtüklə bürünməsidir. Bu üsul poladın istilik izolyasiyasını gücləndirərək məkanın təbii sərinliyini təmin edir.
Cəmi 439 kvadratmetr sahəsi olan restoranın əsas karkası cəmi bir həftə ərzində quraşdırılıb. Konteynerlərin şaquli (dik) yerləşdirilməsi sayəsində daxili məkanda yüksək tavanlar və geniş həcm əldə edilib. Şahmat lövhəsi düzülüşü isə həm təbii işığın içəri dolmasına, həm də mükəmməl hava axınına şərait yaradır.
Restoranın daxilində metal səthlərlə ziddiyyət təşkil edən tünd qırmızı tonlara üstünlük verilib. Diaqonal yerleşim sayəsində restoranın hər guşəsində müştərilər üçün kiçik və özəl oturma sahələri yaradılıb.
Bu layihə göstərir ki, bahalı tikinti materialları yerinə ərazidəki tullantılardan və torpaqdan istifadə etməklə həm ucuz, həm də estetik baxımdan cəlbedici binalar tikmək mümkündür.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rahib Hz. Musa kimi dənizi yarmağa çalışdı - Gülünc vəziyyətə düşdü - (Video)
-
Kilsədə qətliam törədən şəxslər saxlanıldı
-
Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu
-
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
-
Tramp: İrana qarşı hərbi əməliyyat keçirə bilərik
-
Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Yenilənib
XƏBƏR LENTİ
-
Ölüm xəbəri yayılan "Banu Günel" illər sonra - (Foto)
-
Bayramovla Berendsenin təkbtək görüşü başladı
-
Azad edilmiş ərazilərdə 997 hektar sahə minalardan təmizləndi
-
Rövşən Nəcəf Everestə qalxıb - (Foto)
-
Samirə Efendi: "Sağlamlıq problemlərim var, heç kəsin lağ edib, artıq danışmağa ixtiyarı yoxdur, ağıllı olun!" (Foto)
-
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
-
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik edib
-
“Sabah” Azərbaycan çempionatının rekordunu təkrarladı
-
Boksçumuz Avropa çempionu oldu
-
Ağacların kəsilməsi zamanı qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
-
Rahib Hz. Musa kimi dənizi yarmağa çalışdı - Gülünc vəziyyətə düşdü - (Video)
-
Bakıdan İrana sərt mesaj: “Əvvəl öz problemlərinizi həll edin”
-
İnfantinodan “Qarabağ”ın oyunu ilə bağlı paylaşım - (Video)
-
Azərbaycanda kənd yumurtası bahalaşdı
-
Azərbaycan XİN Avstriyanı təbrik etdi
-
Deputatın həbs edilən oğlunun görüntüləri - (Video)
-
Acunun keçmiş arvadı tövbə etdiyini açıqlamışdı, bu görüntüləri yenidən paylaşdı - (Video)
-
Azərbaycanda yüz minlərlə insanın aldığı ödənişlərlə bağlı yeni xəbər
-
Siyəzəndə evdən meyit tapıldı
-
Azərbaycanda iki gündə 65 şübhəli saxlanıldı
-
Daha bir yolayrıcında svetoforlar quraşdırıldı
-
Azərbaycanda kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLAMA
-
Bakıda bu küçədə hərəkət məhdudlaşdırılır
-
Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib





