Vətəndaş müraciətləri dəyişir - Yeni qaydalar gəlir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətəndaş müraciətlərinə dair yeni tələblər müəyyənləşir.
Milli.Az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vətəndaşların müraciətləri haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Tələblər sırasına aşağıdakılar daxil edilir:
- müraciət edən şəxsin müraciətin cavablandırılması üsuluna dair seçimi (elektron və ya poçt ünvanı, yaxud Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə);
- müraciətin (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) EHİS üzərindən cavablandırılması istənildiyi halda müraciət edən fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
- müraciətin elektron ünvan vasitəsilə cavablandırılması istənildiyi halda cavabın göndəriləcəyi elektron ünvan.
Elektron müraciətlərə müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi tərəfindən müraciət edən şəxsin seçimi əsasında elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə yazılı cavab verilməklə baxılacaq. Elektron müraciətdə (EHİS üzərindən təqdim olunmuş müraciətlər, habelə müraciətin EHİS üzərindən cavablandırılması istənildiyi hal istisna olmaqla) yuxarıda nəzərdə tutulan məlumatlar göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab veriləcək.
Elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil edilir, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndəriləcək, yaxud EHİS üzərindən təqdim olunacaq.
Vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciət etmək və ya müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatında, yaxud EHİS üzərindən elektron imza vasitəsilə qeydiyyatdan keçmək yolu ilə qəbula yazılırlar. Hər üç qaydada qəbula yazılmış vətəndaş qəbul günü şəxsiyyət vəsiqəsini, müraciət edən vətəndaşın adından qəbula onun nümayəndəsi gəldikdə isə onun səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidir.
Qeyd edilib ki, dəyişikliklərin əsas məqsədi elektron hökumət mexanizmlərinin hüquqi əsaslarını daha da təkmilləşdirmək, dövlət idarəçiliyində operativliyi və səmərəliliyi artırmaqdır./Apa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Abşeron və Xırdalanda kanalizasiya xətləri təmir ediləcək
-
Azərbaycanda distant təhsilə KEÇİRİLİR? - RƏSMİ
-
Bağçada müəllim bıçağı qızdıraraq uşağın əlinə xəsarət yetirib? - Rəsmi AÇIQLAMA
-
Məktəbdə intizam qaydaları üzrə statistika açıqlanıb
-
Attestatlar artıq kağız formada verilməyəcək
-
Müəllimlərin işə qəbulu bu tarixdən başlayır
XƏBƏR LENTİ
-
Məhkəmə Zaur Baxşəliyevlə bağlı qərar verdi
-
ABŞ-də maraqlı hadisə: Protokol pozuldu
-
Abşeron və Xırdalanda kanalizasiya xətləri təmir ediləcək
-
Azərbaycanda distant təhsilə KEÇİRİLİR? - RƏSMİ
-
Qaradağda çökmüş körpü yenidən inşa ediləcək
-
Bağçada müəllim bıçağı qızdıraraq uşağın əlinə xəsarət yetirib? - Rəsmi AÇIQLAMA
-
Avropa infrastruktur obyektlərinə qarşı dron hücumlarına hazır deyil
-
Məktəbdə intizam qaydaları üzrə statistika açıqlanıb
-
Attestatlar artıq kağız formada verilməyəcək
-
Müəllimlərin işə qəbulu bu tarixdən başlayır
-
Direktor olmaq üçün yeni tələb qoyuldu
-
Onların maaşları ARTIRILACAQ - RƏSMİ
-
FHN tərəfindən bu rayonlarda evlər tikiləcək - ÜNVANLAR
-
Bağça yerlərində rekord artım qeydə alınıb
-
Sabunçu tunelindəki çökmə aradan qaldırılacaq
-
5 rayonda çayların üzərində mühafizə bəndləri tikiləcək
-
Qotur göllə bağlı zəruri tədbirlər görüləcək
-
Bakıda 4 rayonda istinad divarları tikiləcək
-
Həmin evə görə maddi yardım veriləcək
-
"Şabaş pulu ilə yüksələnlər kasıblayıb, yaxud faciəli şəkildə ÖLÜRLƏR"
-
Birinci sinifə qəbul qaydaları AÇIQLANDI
-
Yeni ixtisas fonunda seçim dilemması - Gələcəyin peşələri hansılardır?
-
Prezident İlham Əliyev leysan və sel sularının fəsadlarının aradan qaldırılması üçün vəsait ayırıb - SƏRƏNCAM
-
I sinifə qəbul prosesi bu tarixdən BAŞLAYIR





