Azərbaycan sülh gündəliyinə tam sadiqdir - Hikmət Hacıyev
Azərbaycan sülh gündəliyinə tam sadiqdir.
Milli.Az-ın Trend-ə istinadla xəbərinə görə, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.
"Əvvəllər Antalya Diplomatiya Forumu kimi beynəlxalq platformalara müharibə və münaqişə ilə bağlı ağır gündəmlə gəlirdiksə, bu gün məmnuniyyətlə qeyd edirəm ki, artıq sülh gündəliyi ilə gəlirik", - deyə o, bildirib.
Hikmət Hacıyevin sözlərinə görə, Cənubi Qafqaz regionunda artıq müharibənin aktiv mərhələsi yoxdur.
"Azərbaycan sülh gündəliyinə və ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin dəstəkləndiyi Vaşinqton sammitinin ruhuna tam sadiqdir. Hazırda iki ölkə arasında normallaşma üzrə saziş artıq təşəbbüs edilib", - deyə H. Hacıyev qeyd edib.
O, vurğulayıb ki, razılaşmaların praktik icrası əsas əhəmiyyət kəsb edir.
"Razılaşmalar kağız üzərində qalmamalıdır. Onların icrası vacibdir. Azərbaycan öz sadiqliyini praktiki addımlar və Ermənistanla praqmatik əməkdaşlıq vasitəsilə nümayiş etdirir", - deyə o bildirib.
H. Hacıyev qeyd edib ki, danışıqlar prosesi həm rəsmi səviyyədə, həm də vətəndaşlararası təmaslar xətti ilə irəliləyir.
"Rəsmi danışıqlar uğurla davam edir, paralel olaraq biz vətəndaş cəmiyyətləri arasında əlaqələri inkişaf etdiririk. Artıq Ermənistan və Azərbaycan arasında qarşılıqlı əlaqə mövcuddur ki, bu da bir neçə il əvvəl təsəvvür etmək çətin idi", - deyə o, vurğulayıb.
H. Hacıyev həmçinin praktik əməkdaşlığın ilk əlamətlərinə diqqət çəkib.
"Artıq Azərbaycan neft məhsullarının Ermənistana ixracını müşahidə edirik, eyni zamanda Ermənistandan müəyyən malların idxalı imkanlarını nəzərdən keçiririk. Bu addımlar etimadın möhkəmlənməsi üçün vacibdir", - deyə o, bildirib.
Hikmət Hacıyevin sözlərinə görə, regionda yeni reallıq formalaşır.
"Cənubi Qafqazda qanunauyğunluq, legitimlik və tərəflərin ortaq maraqları əsasında yeni status-kvo yaranır. Biz həmçinin uzunmüddətli sülh və sabitliyi təmin edəcək yeni regional təhlükəsizlik arxitekturası üzərində işləyirik", - deyə o, qeyd edib.
H. Hacıyev əlavə edib ki, Azərbaycan regionun gələcəyini geniş əməkdaşlıq formatında görür.
"Biz Azərbaycan, Ermənistan və Gürcüstan arasında artan əməkdaşlığa əsaslanan daha inklüziv Cənubi Qafqaza can atırıq. Artıq bu gün Gürcüstanla ikitərəfli əməkdaşlıq, eləcə də Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli formatı fəal şəkildə inkişaf edir", - deyə o yekunlaşdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb (Foto)
-
Zelenski Ceyhun Bayramovu qəbul edib (Foto/Video)
-
Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb (Foto)
-
“Türkiye Gazetesi”ndə mənə aid fikirlər təhrif olunub - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
-
İsveçrə Azərbaycanın konstruktiv rolunu yüksək qiymətləndirir - İqnasio Kassis
XƏBƏR LENTİ
-
Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
-
Bakıda daha bir qadın estetik əməliyyatdan sonra öldü
-
Uşağa qulluğa görə müavinət - Kimlərə nə qədər ödənilir?
-
5 dövlət orqanında 9 vakant vəzifə üzrə daxili müsahibə elan edildi
-
Pirallahıda futbol festivalı keçirilib - (Foto)
-
İraq ordusu Bağdadın “yaşıl zona”sına hərbi texnika yerləşdirdi
-
"Tarqovu"da baş verən yanğın tam söndürülüb - (Yenilənib/Video)
-
Bakı Qızlar Universitetində müəllimləri narahat edən qərar - (Video)
-
Müctəba Xameneinin səhhəti ilə bağlı şok iddia
-
Gəncədə 20 Yanvar abidəsi zibilliyə dönüb - (Video)
-
İslandiya 2028-ci ildə Aİ-yə qoşula bilər
-
Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim
-
Gündə 5, ayda 20 min manat: Yeni limitlərlə bağlı açıqlama - (Video)
-
Altay Bayındır “Mançester Yunayted”dən ayrılır
-
Tovuzda fermada gənc bibisini güllələyərək öldürdü
-
Trampın yaratdığı Sülh Şurasından ilk hərbi layihə
-
Ərdoğan Səudiyyə Ərəbistanına səfər edib
-
Düzgün ixtisas seçimi necə aparılmalıdır?
-
“Arzum 999”un məhkəməsində yeni qərar
-
Moskvada güclü partlayış səsləri eşidilib
-
Şəmkirdə Abidələr parkında antisanitar vəziyyət yarandı - (Foto)
-
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb
-
Azərbaycan Estoniyaya yeni səfir təyin edib
-
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edilib





