Hadisə

Naxçıvanda avtomobil işıq dirəyinə çırpıldı: Xəsarət alanlar var - FOTO

15 Fevral 2026 21:48
Baxış: 457
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Azadlıq küçəsində baş verib. BAIC-A115 markalı, 99-UT-369 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb və aşıb.

Qəza nəticəsində xəsarət alan Asim Rasim oğlu Nağıyev və Ceyran Abdulla qızı Nağıyeva Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, araşdırmalar davam edir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.