Siyasət

Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 13:55
Baxış: 355

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu sevincli günlə əlaqədar ən xoş arzularımı qəbul edin.

Sizə bu əlamətdar gündə, ilk növbədə, möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Azərbaycan xalqının bundan sonra da tərəqqisi və ölkənizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Sevindirici haldır ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə davamlı və hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir.

Dövlət başçısı vəzifəsində nailiyyətləriniz ölkə daxilində və onun hüdudlarından kənarda Sizə böyük nüfuz və hörmət qazandırıb.

Fürsətdən istifadə edərək Tacikistan ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif aspektlərinin daha da möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqətli münasibətinizi xüsusi olaraq qeyd etmək istərdim.

Əminəm ki, aramızda yaranan etibarlı siyasi dialoqa və sıx dostluğa əsaslanaraq, ölkələrimizin strateji tərəfdaşlıq çərçivəsində qarşılıqlı münasibətlərinin bundan sonra da birgə təşviqini davam etdirəcəyik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.