Siyasət

“Azərbaycanla əlaqə qura bilməsək, günah bizdədir” - Pezeşkian

31 İyul 2025 21:22
Baxış: 1 046

"Azərbaycan qonşu dövlət, qohumluq əlaqələrimiz olan xalqdır".

Milli.Az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri zamanı deyib.

O, Azərbaycanla münasibətləri şərh edib və Bakıya son səfəri ilə bağlı tənqidlərə cavab verib:

"Necə ola bilər ki, mən ora gedib razılığa gəlmirəm? Biz onlarla qonşu ola-ola əlaqə yarada bilmirik. Necə olur ki, İsrail bunu kənardan gəlib edə bilir?"

İran Prezidenti əlavə edib ki, əgər iki qonşu ölkə arasında əlaqələr qurulmasa, məsuliyyət İran tərəfinin üzərinə düşür: "Əgər rabitə qurulmazsa, deməli, günah bizdədir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.