Siyasət

Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçildi

24 İyun 2025 15:15
Baxış: 461

Azərbaycan ilk dəfə BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsi (Committee of the Permanent Representatives - UNEP CPR) Bürosunun sədri seçilib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın bu quruma sədrliyi 2025-2027-ci illəri əhatə edəcək, rəhbər vəzifəni isə ölkənin Keniyadakı səfiri və UNEP-dəki daimi nümayəndəsi Sultan Hacıyev icra edəcək.

Qeyd edək ki, ​UNEP CPR ətraf mühitlə bağlı məsələlər üzrə beynəlxalq müstəvidə prioritetləri müəyyən edən, 193 dövlətin üzv olduğu BMT-nin Ətraf Mühit Assambleyasının daimi fəaliyyət göstərən əsas orqanıdır. CPR Bürosu Assambleyanın qlobal ekoloji siyasət və normalar üzrə qərarlarının hazırlanmasında bir sıra mühüm funksiyaları yerinə yetirir.

2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etmiş, ətraf mühitin qorunması və iqlim dəyişiklikləri sahəsində mübarizədə qlobal fəaliyyəti və təşəbbüsləri ilə beynəlxalq nüfuz qazanmış Azərbaycanın UNEP-lə əməkdaşlığı dinamik şəkildə inkişaf edir.

Azərbaycanın sədr olaraq seçilməsi, eləcə də UNEP-in 2026-cı ildə keçiriləcək Ümumdünya Ətraf Mühit Gününə (WED2026) ev sahib kimi təstiqlənməsi bu əməkdaşlığın perspektivlərini nümayiş etdirir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.