Siyasət
Deputat: "Almaniya Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünü əsasında həllini dəstəkləyir"
31 May 2010 19:44
Baxış: 165
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Bundestaqının deputatı Mixail Linki qəbul edib. Məlumatı Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı almaniyalı qonaq Almaniya ilə ölkəmiz arasındakı münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək, əlaqələrin genişləndirilməsi üçün müxtəlif sahələrdə, xüsusən də qeyri-neft sektorunda geniş imkanların olduğunu qeyd edib. Link Cənubi Qafqaz regionunun Avropa məkanı üçün xüsusi maraq kəsb etdiyini vurğuluyaraq regionda baş verən proseslərlə maraqlanıb.
Öz növbəsində regionun ən uzunmüddətli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunan nazir Məmmədyarov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb. Nazir mayın 20-də Avropa Parlamentinin qəbul etdiyi "Avropa Birliyinin Cənubi Qafqazda strategiyasına tələb" adlı qətnaməsində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verildiyini almaniyalı deputatın nəzərinə çatdırıb.
2009-cu il mayın 14-də Almaniya Federativ Respublikasının Bundestaqında Cənubi Qafqaza bağlı qəbul edilən qətnaməni xatırladan Link, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və münaqişənin məhz dövlətin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həllini dəstəklədiyini qeyd edib.
Sonra tərəflər bir sıra ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
İtaliya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb
-
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - (Foto/Video)
-
"İsrail Suriyaya hücum edə bilər"
-
Prezident İlham Əliyev Livan Prezidentini təbrik edib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb - (Video)
XƏBƏR LENTİ
-
Payızın 5 ətri: Vuranda hamı adını soruşacaq
-
Qaşlar yalnız gözəllik üçün deyil: Bu funksiyaları varmış
-
Piyada gəzməyin faydası
-
Nə daş kimi bərk, nə də şorba kimi sulu: İdeal südlü aş resepti
-
Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır, yoxsa zərərli?
-
Günün qoroskopu: Sosial ünsiyyətdə açıq və səmimi olun
-
Axşamı ailə ilə birlikdə necə əyləncəli keçirmək olar?
-
Telefonu güzgü qarşısına və hamama qoymayın: Radiasiyanı iki dəfə artırır
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib
-
İtaliya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb
-
Qazax sakini Kürdə batdı
-
Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
-
Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - (Foto)
-
Premyer Liqada yeni tamaşaçı rekordu
-
"Barselona" "Vilyarreal"ı məğlub edib
-
Sabah Xəzər rayonunda qaz olmayacaq
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc
-
Mayli Sayrus ailə qurdu
-
Gimnastlarımız Özbəkistanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar - (Foto)
-
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - (Foto/Video)
-
İcra başçısı bazarda satıcıya: "Haqqınızı halal edin" - (Video)