Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın xatirəsi yad edilib - FOTOlar
Bu gün Azərbaycan Respublikasının ilk İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), kimya elmləri doktoru, professor Elmira Süleymanovanın anım günüdür.
Trend xəbər verir ki, E.Süleymanovanın ailə üzvləri, yaxınları, Ombudsman Aparatının əməkdaşları, keçmiş kolleqaları, ictimaiyyət nümayəndələri 2-ci Fəxri Xiyabanda məzarını ziyarət ediblər. Mərhumun məzarı önündə əklillər qoyulub, gül dəstələri düzülüb, dualar oxunub, onun həyat və fəaliyyəti haqqında çıxışlarla xatirəsi yad edilib.
Ombudsman Səbinə Əliyeva Elmira Süleymanovanın ölkənin İnsan hüquqları üzrə müvəkkili kimi gördüyü işlərdən danışıb. "Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda ilk məhkəmədənkənar müstəqil təsisat yaradıldı. Elmira xanın Ulu Öndərin irəli sürdüyü namizədlər arasında Milli Məclis tərəfindən səs çoxluğu ilə 2002-ci ildə Azərbaycan Respublikasının ilk İnsan hüquqları üzrə müvəkkili seçildi. O seçildiyi ilk günlərdən etibarən, demək olar ki, ölkənin bütün bölgələrinə səfərlər edirdi. Orada geniş maarifləndirmə tədbirləri həyata keçirirdi", - o bildirib.
S.Əliyeva qeyd edib ki, Elmira xanım hər bir vətəndaşla özü ünsiyyət quraraq, yorulmadan fəaliyyətini davam etdirirdi.
"Bu səylərin nəticəsində regional mərkəzlər də daxil olmaqla, Ombudsman Aparatının geniş fəaliyyəti şəbəkəsi öz işinə başladı. Elmira Süleymanova çoxəsaslı, fundamental qanunvericilik aktlarının təşəbbüskar və icracısı kimi də çıxış edirdi", - deyə S.Əliyeva qeyd edib.
Onun sözlərinə görə, Elmira Süleymanova bir rəhbər kimi hər bir işçinin ailəsindəki problemlərlə yaxından maraqlanırdı.
"Hərbi hissələri, xüsusən də o vaxtı işğal altında olan ərazilərə yaxın yerlərdəki qoşunların hərbçilərini tez-tez ziyarət edirdi. Elmira xanım milli və beynəlxalq fəaliyyəti ilə fərqlənən ombudsman olub. Bir çox ölkələrin ombudsman təsislatlarının rəhbər orqanlrında təmsil olunub. Onun vəfat xəbərini eşidən kimi bizim bir çox həmkarlarımız öz başsağlığı məktublarını bizim təsisata göndərdilər", - o əlavə edib.
Qeyd edək ki, E.Süleymanova 1959-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. İnstitutun direktoru akademik Vaqif Abbasov Trend-ə Elmira Süleymanovanın Azərbaycanın çox görkəmli kimyaçı alimi, ictimai-siyasi xadimi olduğunu deyib.
"O, gənclərə ana kimi qayğı göstərir, hər kəsə himayədarlıq edirdi. Ölkəmizin ilk ombudsmanının Elmira xanımın seçilməsi təsadüfi deyildi. Ulu Öndər Heydər Əliyev hər zaman diqqət edirdi ki, kimləri bu cür ağır idarəçilik sisteminə rəhbər qoymaq olar. Elmira xanım öz əməyi ilə sübut etdi ki, həqiqətən də, o vəzifəyə layiqdir. Azərbaycanın Ombudsman təsisatı bütün dünyada hörmətlə qarşılanır. Bu da Elmira xanımın böyük zəhmətinin sayəsindədir", - deyə akademik əlavə edib.
İnstitutun "Alitsiklik birləşmələr" laboratoriyasının müdiri professor Hafiz Əlimərdanov isə bildirib ki, 1971-ci ildə görkəmli alim Soltan Mehdiyevin 7 saylı laboratoriyasında işə düzəlib, o zaman Elmira Sülemanova həmin laboratoriyanın baş elmi işçisi olub.
"O vaxtdan düz 53 il bir yerdə çalışmışıq. Elmira xanım 2002-ci ildə Ombudsman təsisatının başçısı seçiləndən sonra, eyni zamanda laboratoriyada bizimlə əməkdaşlıq edirdi. Bu illər ərzində Elmira xanımın elm fədaisi olduğunun və ictimai fəaliyyətinin şahidi kimi deyə bilərəm ki, əsl vətənpərvər qadın idi. Həm elm, həm də ictimai sahədə fəaliyyətini böyük canfəşanlıqla yerinə yetirib. Elmira xanımın bu fəaliyyəti bizə istiqamət olub. İndi də onun xatirəsini yad edirik və bu sahədə gördüyü işləri davam etdirməyə çalışırıq", - deyə professor vurğulayıb.
Qeyd edək ki, Elmira Süleymanova 1937-ci il iyulun 17-də Bakı şəhərində anadan olub. 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1988-ci ildə professor elmi adını alıb. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvü olub.
2002-ci il iyulun 2-də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib. 2010-cu il martın 5-də təkrarən yeni müddətə Ombudsman seçilib. 2015-ci ilin noyabr ayında Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib.
2024-cü il aprelin 25-də uzun sürən xəstəlikdən sonra vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
XƏBƏR LENTİ
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)





