Zelenskinin müqaviməti qırılır: Ukrayna və ABŞ arasında saziş imzalanacaq
Ukrayna Prezidenti Volodimir Zelenski Odessada NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında deyib ki, ABŞ-la Ukrayna ərazilərindəki faydalı qazıntı yataqlarının işlənməsi üzrə danışıqlar müsbət məcradadır. O yeni görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Ukraynanın dövlət başçısı bildirib ki, aprelin 20-dək davam edəcək müzakirələrdən sonra nümayəndə heyətləri razılaşma ilə bağlı təkliflərini təqdim edəcək: "Bu, əsasən texniki işlərlə məşğul olan heyətlərin görüş idi. Sonrakı mərhələdə müzakirələr həm birbaşa, həm də onlayn formatda davam etdiriləcək".
O əlavə edib ki, indiyə qədər hər iki tərəf görüşü müsbət başa vurub.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı siyasi şərhçi Kənan Novruzov bildirib ki, ABŞ-lə Ukrayna arasında təbii sərvətlərin hasilatına dair sazişin imzalanması uzun müddətdir müzakirə olunur. Bu məsələ Vaşinqtonu dərindən maraqlandırır.
"Kiyevin özündən asılı vəziyytdə olduğunu anlayan Vaşinqton indi bütün imkanlarla bu vəziyyətdən istifadə etməyə çalışır. Bunun üçün ABŞ hətta Ukraynanı təhdid etməkdən də çəkinmir.
ABŞ Prezidenti Donald Tramp Ukraynanın təbii sərvətlərini mənimsəməkdə israrlıdır. Bunun üçün Ukrayna lideri Volodimir Zelenskiyə təzyiq davam edəcək. Hazırda rəsmi Kiyevin iki yolu var. Ya ABŞ-yə müqavimət göstərəcək və Rusiya ilə müharibədə ən çətin ssenari ilə qarşılaşacaq, ya da Trampla razılaşacaq və qismən güzəştlər əldə edəcək. Hərçənd saziş imzalanarsa, Ukrayna yenə də müstəqilliyini müəyyən mənada itirmiş olacaq və ABŞ-dən asılı duruma düşəcək.
Zelenskinin açıqlamasından belə çıxır ki, o, prosesin hazırkı mərhələsindən razıdır. Yəqin ki, Kiyev Vaşinqtona sonsuzadək müqavimət göstərə bilməyəcək və sözügedən sənəd hansısa mərhələdə imzalanacaq. Hərçənd, mümkündür ki, Zelenski Avropanın da təhriki ilə prosesi mümkün qədər uzatsın. İndi onun əsas məqsədi saziş əvəzində ABŞ-dən təhlükəsizlik zəmanəti, yaxud mümkün danışıqlarda güzəşt əldə etməkdir. Əgər bunu bacarsa, sazişin imzalanmasını xalqına belə izah edəəck. Mümkündür ki, ABŞ Zelenskiyə vəd versin. Amma bu vədin üstündə durub- durmayacağı sual altındadır".
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
XƏBƏR LENTİ
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)





