Siyasət

Prezident Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - VİDEO - FOTO

17 Mart 2025 10:58
Baxış: 642

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında parlamentlərarası əlaqələr, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Valentina Matviyenko Bakı-Qroznı istiqaməti üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığını çatdıraraq, bu məsələnin Rusiyanın istintaq orqanları tərəfindən araşdırıldığını və ona obyektiv qiymət veriləcəyini bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında parlamentlərarası təmasların davam etdirilməsinə dair fikir mübadiləsi aparıldı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.