Ermənistan konstitusiyasını dəyişməsə, sülh çətin görünür - Komitə sədri
Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesini yekunlaşdırıb. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb.
Məlumatı Ermənistan XİN də təsdiq edib. İrəvan sülh sazişinin imzalanması üçün tarix və məkanı müzakirə etməyə hazır olduğunu bəyan edib.
Rəsmi Bakı sazişin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsinin və Minsk Qrupunun ləğvinin labüd olduğunu bildirib.
Sülh sazişi ilə bağlı yeni açıqlamaları Modern.az-a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməsi yaxşı haldır:
"Proseslər gedir və məsələlər müzakirə olunur. Burada konstitusiya məsələsi mütləq gündəmə gətirilməlidir. Çünki sülh müqaviləsindən danışırsınızsa, hətta yekun sənəd imzalansa da, artıq razılaşdırılıbsa, çox yaxşı, Azərbyacanın təklif etdiyi məsələlər qəbul olunur, ancaq Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə iddia ehtiva edir. Konstitusiya dəyişməmiş, sülh müqaviləsinin imzalanması çətin məsələ kimi görünür. Belə bir məlumatı eşitdik, oxuduq. Bu öz-özlüyündə irəliləyişdir. Ancaq hesab edirəm ki, bunun üzərində işləmək lazımdır. Dediyim kimi hələ qalan məsələlər də mövcuddur".
O deyib ki, Ermənistanı razılığa vadar edən Azərbaycanın yaratdığı reallıq olub:
"Ən əsas səbəb Azərbaycanın yaratdığı reallıqdır. Yəni illər boyu biz konkret öz davranışımızla, münasibətlərimizlə sübut edirik ki, heç kəs tərəfindən dəyişdirilə bilməz. Digər yandan bu reallıq regionda mövcud vəziyyəti müəyyən edən faktor var. Bu reallığı nəzərə almamaq mümkün deyil. Mövcud reallıqları nəzərə almadan hansısa layihəni, müqaviləni, gələcəyi düşünmək çox çətin məsələdir. Bu anlayış artıq Ermənistan üçün də getdikcə aydın olur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi





