Siyasət

Nikolay Valuyevin Azərbaycana girişinə QADAĞA QOYULDU

10 Fevral 2025 14:33
Baxış: 2 240

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulub.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Rusiya Federasiyasının Dövlət Dumasının deputatının Azərbaycan əleyhinə fikirləri və ona qarşı atılacaq addımlar ilə bağlı şərhində bildirib.

"Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir.

Qeyd edilən deputatın ölkəmiz əleyhinə fikirləri ilə bağlı onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və onun ölkəmizə girişinə qadağa qoyulub.

Ümumilikdə, bildirmək istərdik ki, bu, Rusiya Dövlət Dumasının deputatlarının "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsi üzrə ilk hal deyil. Misal üçün qeyd edək ki, bundan əvvəl, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsinin sədrinin müavini Vitaliy Milonov da Azərbaycanda "arzuolunmaz şəxs" kimi müvafiq siyahıya daxil edilib", - o bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.