Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau hava limanı yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin sərnişinlərinin xilas edilməsində iştirak edən qazaxıstanlıları mükafatlandırıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Mükafatlandırılanlar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həkimlər, polis əməkdaşları, Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau beynəlxalq hava limanının əməkdaşları da var", - deyə məlumatda bildirilir.
Mətbuat xidməti qeyd edib ki, onlar "təyyarənin sərnişinlərini xilas edərkən peşəkarlıq və vətəndaşlıq məsuliyyəti nümayiş etdiriblər".
Milli.Az