Siyasət

Şeyx Zayed Fondu İlham Əliyevin təltif edilməsi ilə bağlı paylaşım edib - VİDEO

23 Yanvar 2026 17:48
Baxış: 329

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu Prezident İlham Əliyevin təltif edilməsi ilə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, bununla bağlı Fondun "X" sosial şəbəkə hesabında qeyd edilib.

"Prezident İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"na Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması və dialoq dilinin təşviqi istiqamətində göstərilən səylərə görə layiq görülüb", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib.

Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar 2026-cı il üzrə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcəyini deyiblər, həmin tədbirdə fəxri qonaq qismində iştirak üçün dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etməkdən şərəf hissi duyduqlarını vurğulayıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.