Əli Əsədov Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşdü - FOTO
Noyabrın 5-də Azərbaycanın Baş naziri Əli Əsədov COP29 çərçivəsində "Dünya dinləri yaşıl planet uğrunda" şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində iştirak edən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, Rusiya Federasiyasının və Misir Ərəb Respublikasının dini rəhbərlərindən ibarət nümayəndə heyətləri, həmçinin BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və Vatikan Dinlərarası dialoq Dikasteriyasının Şərq kilsələri üzrə prefekti kardinal Klaudio Qucerotti ilə ayrı-ayrı görüşlər keçirib.
Milli.Az xəbər verir ki, görüşlərdə Dini Liderlərin Qlobal Sammitinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Yaşıl gündəliyin təşviqində dinlərarası dialoqun, milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin rolunun inkişaf etdirilməsinin, iqlim dəyişikliyi ilə mübarizədə dinlərin və inancların potensialından daha səmərəli istifadə edilməsinin vacibliyi qeyd olunub.
Bildirildi ki, tarixən mədəniyyətlərin qovuşduğu məkan olan və zəngin tolerantlıq ənənələrinə malik Azərbaycan dinlərarası dialoqun inkişafına böyük önəm verir və onun təşviqinə sadiqdir.
Vurğulandı ki, əsrlər boyu Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dinc şəraitdə, bir ailə kimi yaşayıblar.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri barədə məlumat verən Ə.Əsədov bu siyasətin bu gün müasir dövrün çağırışları nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Vurğuladı ki, dövlət başçısı tərəfindən multikulturalizmin Azərbaycanın dövlət siyasəti və həyat tərzi olduğu bəyan edilib.
Cari ilin may ayında Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi xatırlanaraq "Bakı Prosesi"nin tərkib hissəsi olan bu tədbirin dünya miqyasında mədəniyyətlərarası dialoqun müzakirəsinə həsr olunan mühüm beynəlxalq platforma kimi qəbul edildiyi diqqətə çatdırılıb.
Azərbaycanda müxtəlif din və inanclara aid məbədlərin mövcud olduğu, onların dövlət tərəfindən qorunduğu, mütəmadi olaraq əsaslı təmir edildiyi və ya yenidən tikildiyi bildirilib.
O cümlədən ölkəmizin işğaldan azad edilmiş ərazilərində çoxlu sayda mədəni-tarixi və dini abidələrin yerləşdiyi vurğulanıb. 30 illik işğal dövründə bu abidələrin Ermənistan tərəfindən dağıdıldığı və talan edildiyi qeyd edildi. Bildirildi ki, bu ərazilərdə bütün şəhər və kəndlər yerlə-yeksan edilmiş, o cümlədən fəaliyyət göstərən 67 məsciddən 65-i dağıdılıb.
Həmçinin bu gün Qarabağ və Şərqi Zəngəzurda icra olunan "Böyük Qayıdış" Proqramı barədə məlumat verildi, məhv edilmiş irsin bərpası istiqamətində mühüm işlərin görüldüyü vurğulanıb.
İşğal dövründə Azərbaycan xalqına qarşı təcavüzkar siyasət yürüdən, xalqımızın tarixi, mədəni və dini irsini məhv edən Ermənistandan fərqli olaraq, Azərbaycanın tolerantlığı, başqa dinlərə və mədəniyyətlərə hörməti həyat tərzinə çevirdiyi diqqətə çatdırılıb.
Görüşlərdə dini liderlər arasında əməkdaşlığın həyata keçirilməsinin önəmi qeyd edildi, dünyamızın daha yaşıl gələcəyə doğru inamla irəliləməsi üçün din xadimlərinin öz dəstəyini əsirgəməyəcəyinə ümidvarlıq ifadə olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
XƏBƏR LENTİ
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Füzulidə ağır qəza: 1 ölü, 3 yaralı var
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
-
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - (Video)
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"





