"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Formula 1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxeminin dəyişdirilməsi nəzərdə tutulur.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, müntəzəm və ekspres avtobusların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
Belə ki, 19 sentyabr saat 21:00-dan 21 sentyabr saat 00:00-dək 13 marşrutun hərəkət sxemi dəyişdirilir:
"1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək;
125 nömrəli marşrut Neftçilər prospekti, Rəşid Behbudov və Dilarə Əliyeva küçələri ilə hərəkət edəcək;
M9 nömrəli ekspres marşrutun "Həzi Aslanov" m/st. istiqamətində hərəkəti Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra öz sxemi üzrə təmin ediləcək.
21-26 sentyabr tarixlərində 26 marşrutun hərəkət sxemi dəyişdirilir:
1, 2, 4, 20, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Kövkəb Səfərəliyeva küçəsi və Neftçilər prospekti ilə hərəkət edəcək;
20, 88A və 120E nömrəli marşrutların mərkəz istiqamətində hərəkəti Afiyəddin Cəlilov, Yusif Səfərov və 28 May küçələri ilə təşkil ediləcək;
M9 nömrəli marşrutun "Elmlər Akademiyası" m/st. istiqamətində hərəkəti Yusif Səfərov, 28 May və Rəşid Behbudov küçələri ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobuslar Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək;
5 nömrəli marşrut iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət "Nəriman Nərimanov" m/st. - Süleyman Rəhimov küçəsini, ikinci istiqamət Salyan şosesi - Bibiheybət məscidi - Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək;
6 nömrəli marşrut iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət "Azadlıq prospekti" m/st. - Axundov bağını, ikinci istiqamət 20-ci Sahə - Bəhram Gur heykəlini əhatə edəcək;
61 nömrəli marşrutun Mərkəzi Bank istiqamətində hərəkəti Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələri (son dayanacaq məntəqəsi) ilə təşkil ediləcək;
65 nömrəli marşrutun "İçərişəhər" m/st. istiqamətində hərəkəti Murtuza Muxtarov, Əhməd Cavad küçələri və Azərbaycan prospekti (son dayanacaq məntəqəsi) ilə təmin ediləcək;
88 nömrəli marşrutun "28 May" m/st. istiqamətində hərəkəti Azadlıq prospekti və Füzuli küçəsi (son dayanacaq məntəqəsi) ilə təşkil ediləcək;
10, 18, 31, 37, 53, 77 və 205 nömrəli marşrutların "İçərişəhər" m/st. istiqamətində hərəkəti Şeyx Şamil, Lermontov və Bünyad Sərdarov küçələri (son dayanacaq məntəqəsi) ilə təmin ediləcək;
125 nömrəli marşrutun "28 May" m/st. istiqamətində hərəkəti Lökbatan dairəsi - İpək yolu (Dairəvi yol) - Mikayıl Müşfiq küçəsi - Badamdar dairəsi - Mikayıl Müşfiq küçəsi - Abdulla Şaiq küçəsi - Mirzəağa Əliyev küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Azadlıq prospekti - Dilarə Əliyeva küçəsi - Puşkin küçəsi (son dayanacaq məntəqəsi) üzrə təşkil ediləcək;
149 və 149E nömrəli marşrutlar Sahil qəsəbəsindən "Binə" ticarət mərkəzinə ("Lökbatan" NMM) qədər fəaliyyət göstərəcək;
195E nömrəli marşrut Ələt qəsəbəsindən "Binə" ticarət mərkəzinə ("Lökbatan" NMM) qədər fəaliyyət göstərəcək.
72 və E1 nömrəli marşrutların fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
Füzulidə ağır qəza: 1 ölü, 3 yaralı var
XƏBƏR LENTİ
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Füzulidə ağır qəza: 1 ölü, 3 yaralı var
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı





