Çin olan gürcü arzusu, baş tutmayan Qərb planı
26 oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərini "Gürcü azusu" partiyası qazanıb. Gürcüstanın Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda qeyd olunur ki, hakim partiya seçicilərin 54,24 faizinin etimadını qazanıb. Onları 1 087 801 seçici dəstəkləyib. Dörd qərbyönümlü müxalifət koalisiyası isə ümumilikdə 37,33% səs toplaya bilib.
26 oktaybr seçkiləri qlobal güclərin də diqqət mərkəzində idi. Bu seçki prosesi Gürcüstanda ölkənin siyasi taleyində həlledici mərhələ kimi yadda qaldı. Gürcü xalqının səsverməsi ilə regionda sülh və sabitlik möhkəmləndirilməklə yanaşı, bir növ Qərbin Cənubi Qafqaza olan pozuculuq cəhdlərinin qarşısı alınmış oldu. Belə ki, əgər seçkilərin nəticələri fərqli olsaydı, burada Qərbin dəstəklədiyi rəhbər vəzifəli şəxslər ilə birlikdə bölgənin parçalanması, yeni bir cəbhə açılması və bölgənin Qərbin müstəmləkəsi halına gəlməsi riski yarana bilərdi.
Azərbaycan-Gürcüstan münasibətləri
Seçkilərin nəticələri Azərbaycan-Gürcüstan münasibətlərinə də müsbət təsir göstərərək bu iki ölkə arasındakı dostluq və əməkdaşlığı gücləndirdi. Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə ünvanladığı məktubda seçkilərin nəticələrinin Azərbaycan-Gürcüstan əlaqələrinə dayanıqlı töhfə verəcəyinə inam ifadə olundu. Məktubda qeyd olunub ki, bu əməkdaşlıq Cənubi Qafqaz regionunda sabitliyi və əməkdaşlığı təşviq etməklə yanaşı, daha geniş coğrafiyada ölkələrimizin mövqeyini gücləndirəcək.
Bu seçkilər, həmçinin, Gürcüstan və Azərbaycanın tarixi dostluq, qardaşlıq və mehriban qonşuluq ənənələrinə söykənən əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcı kimi əhəmiyyət kəsb edir.
Gürcüstanda yaşayan azərbaycanlıların siyasi proseslərə qatılması təkcə seçkilərin nəticələrinə deyil, bütövlükdə regionun gələcəyinə də təsir göstərir. Gürcüstanda yaşayan təxminən 300 min nəfər azərbaycanlı, yalnız seçici kimi deyil, həm də cəmiyyətin sadiq üzvləri olaraq dövlətin gələcək istiqamətlərinə mühüm təsir edə biləcək bir qüvvədir. Bu qüvvənin, Azərbaycan-Gürcüstan dostluğunu və əməkdaşlığını dəstəkləməsi, hər iki ölkənin həm regionda, həm də beynəlxalq aləmdə ortaq maraqlarını qorumağa imkan yaradır.
Azərbaycanlı seçicilərin aktiv şəkildə hakim partiyanı dəstəkləməsi, onların sülh və sabitlikdən yana olduqlarını göstərir. Onlar Qərbin Gürcüstanı parçalamağa yönəlmiş təzyiqlərinə qarşı çıxaraq, daha çox ənənəvi dəyərlərə sadiqliklərini ortaya qoydular. Bu, Qərbin bölgəyə gətirmək istədiyi münaqişələrə qarşı həm Azərbaycan, həm də Gürcüstan cəmiyyətlərinin ümumi bir mövqedə birləşdiyini göstərir.
Azərbaycanlı seçicilərin fəallığı regionda yeni bir cəbhənin yaranmasını əngəllədi. Bu isə bir daha sübut edir ki, Azərbaycan və Gürcüstan arasındakı birlik və əməkdaşlıq yalnız tarixi köklərə dayanmaqla qalmır, həm də bugünkü qlobal çağırışlara qarşı bir qoruyucu rol oynayır.
Yəqin ki, Gürcüstan hökuməti bundan sonra da azərbaycanlı vətəndaşlarının hüquq və sosial ehtiyaclarına çox diqqət ayıracaq. Göründüyü kimi, Gürcüstanın azərbaycanlı icması, ölkənin inkişafına və təhlükəsizliyinə dəstək verərək həm Gürcüstanın, həm də Azərbaycanın daha sabit və güclü olması üçün müsbət rol oynayır. Ermənistanın da nə vaxtsa regionun bu birliyindən örnək alaraq, qonşularına qarşı aqressiv siyasətdən imtina edəcəyinə ümid edilir.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)





