Leonid Slutski: Azərbaycan İlham Əliyev qeyri-mümkün kimi görünən məsələni həll edə bildi - Qarabağ evinə qayıtdı
Azərbaycan Prezidenti İlham Əliyev qeyri-mümkün kimi görünən məsələni həll edə bildi - Qarabağ evinə qayıtdı.
Bunu Trend BİA, CBC kanalı və AzTV dövlət televiziyasına müsahibəsində Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutski deyib.
"İlham Əliyev doğrudan da tarixi şəxsiyyətdir. O, bizim üçün nəinki ən etibarlı tərəfdaş, nəinki Azərbaycanın lideri, o, eyni zamanda, qeyri-mümkün kimi görünən məsələni həll edə bildi - Qarabağ evinə qayıtdı. İndi isə Azərbaycanın mədəniyyət paytaxtı, məşhur, əfsanəvi şəhər olan Şuşada olaraq fəxrlə deyə bilərik ki, Qarabağ Azərbaycandır!", - deyə L.Slutski bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin sayəsində Azərbaycan bir çox problemlərin öhdəsindən gəlib.
"Yoxsulluqla mübarizə proqramı uğurla həyata keçirilib, Azərbaycan çoxdan enerji baxımından da müstəqil dövlətə çevrilib, həm Bakı Humanitar Forumunun, həm də Birinci Avropa Oyunlarının paytaxtı oldu. Bundan əlavə, Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən çoxlu humanitar layihələr həyata keçirilir, hər bir Azərbaycan ailəsinin rifahına yönəlmiş həm iqtisadi, həm humanitar sosial siyasət proqramları həyata keçirilir", - deyə o bildirib.
Şuşada deputatın sözlərinə görə, o, xüsusi hisslər yaşayıb. "Burada, qarşıdakı illərdə bir çox nadir, o cümlədən elm tutumlu layihələr həyata keçiriləcək ki, bu da bu gün hələ də olduqca fantastik görünür. Burada minlərlə yeni iş yeri açılacaq. Qarabağ torpağı isə Azərbaycanın tərkib hissəsi kimi tarixən həmişə olduğu kimi yenidən bərəkətli olacaq. İnsanlar bura axın edəcək. Və təbii ki, Azərbaycanın mədəniyyət paytaxtında, Şuşada olarkən deməliyəm ki, mən çox xüsusi hisslər ya.ayıram. Azərbaycanın bir çox mədəniyyət xadimlərinin həyatı Şuşa ilə bağlıdır. Ölkənin tarixi onlarla bağlıdır. Mənim kimi qəlbində, ruhunda Azərbaycanla yaşayanlar, həqiqətən də, Azərbaycanı hansısa başqa ölkə ilə deyil, bir müddət əvvəl həmin Azərbaycanla müqayisə edə bilər, Azərbaycan torpağında, bizə qardaş olan, Azərbaycan torpağında necə bənzərsiz dəyişikliklərin baş verdiyini görə bilər", - deyə o əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)





