Siyasət

Bakıda Belarus səfirliyinə yeni bina tikiləcək

26 May 2010 16:21
Baxış: 155
Bunu jurnalistlərə açıqlamasında Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib. Onun sözlərinə görə, bu məsələ müzakirə olunub və səfirliyə yer ayrılması barədə paritet əsasında razılıq əldə olunub: "Səfirliyin binasının tikilməsi üçün dəqiq yer hələ məlum deyil. Bununla bağlı danışıqlar gedir".

Səfir suallara cavabında qeyd edib ki, ola bilər ki, səfirliyin binasının təməli Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri çərçivəsində qoyulsun. N.Patskeviçin sözlərinə görə, dəqiq yer ayrılandan sonra binanın layihəsi hazırlanacaq və gələn ildən tikinti işlərinə başlanacaq.

/APA/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.