Siyasət

Rəsmi Paris Cənubi Qafqazda xaos yaratmaq istəyir - VİDEO

25 İyun 2024 14:36
Baxış: 719

Fransa əvvəl gizli gündəliklə fəaliyyət göstərirdisə, indi aşkar müstəviyə keçib.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.

O bildirib ki, Fransa Ermənistan üçün təhlükəsizlik qarantiyası rolunu öz üzərinə götürməyə çalışır.

"Lakin onlar da bilir ki, Ermənistanı hüdudsuz şəkildə silahlandıra bilməz. Bunun da müxtəlif səbəbləri var.

Fransanın Ermənistanı silahlandırması strateji sinir nöqtələrinə toxunma məqsədi daşıyır. Rəsmi Paris düşünür ki, regionda Ermənistanın məhdud səviyyədə silahlanması Cənubi Qafqazda xaos məkanı yarada bilər və onu yönləndirə bilər. Lakin bu, indiki məqamda real deyil. Ona görə ki, Azərbaycanın strateji müttəfiqi Türkiyə və Qərbdə olan tərəfdaşları ilə müəyyən məlumat mübadilələri mövcuddur.

Bu mübadilələr kəşfiyyat səhnəsində də özünü göstərir. Belə olan halda Azərbaycan Ermənistana hər hansı silahın verilməsi fonunda belə qabaqlayıcı tədbirləri görə biləcəyini nümayiş etdirir", - deyə o bildirib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.