Siyasət

Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib

28 İyun 2024 17:29
Baxış: 810

Azərbaycan Hökuməti ilə Albaniya Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Komissiyanın Azərbaycan tərəfindən tərkibi aşağıdakı kimi müəyyənləşib:

Komissiyanın həmsədri

Azərbaycan Respublikasının energetika naziri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Birgə Hökumətlərarası Komissiya Azərbaycan Respublikası ilə Albaniya Respublikası arasında iqtisadi əməkdaşlıq əlaqələrinin tənzimlənməsi və daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Albaniya Respublikası tərəfinə müvafiq bildiriş göndərəcək.


Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.