Dünya

BMT Baş katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

28 İyun 2024 21:24
Baxış: 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT Baş katibi Antonio Quterreş iyunun 29-da Mərkəzi Asiya turnesinə çıxacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, baş katib əvvəlcə Özbəkistanda olacaq, daha sonra Qırğızıstan, Qazaxıstan, Tacikistan və Türkmənistana gedəcək.

A.Quterreşin səfəri zamanı hər bir ölkənin lideri və digər yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşlər keçirəcəyi planlaşdırılır.

O həmçinin iqlim dəyişikliyi ilə bağlı layihələrlə tanış olacaq və Qazaxıstanda yerli icmalar və gənc fəallarla görüşəcək. Baş katib Şanxay Əməkdaşlıq Təşkilatının iyulun 4-də Astanada keçiriləcək Zirvə Toplantısınada da iştirak edəcək.

Səfər iyulun 7-də başa çatacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.