İdman

Azərbaycan cüdoçusu: Dünya çempionatında qızıl medal qazanacağıma söz verirəm

28 İyun 2024 21:38
Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya çempionatında qızıl medal qazanacağıma söz verirəm.

Milli.Az xəbər verir ki, bunu report.az-a Sofiyaya ezam olunan əməkdaşına açıqlamasında Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın yeniyetmə cüdoçusu Cəsur İbadlı deyib.

73 kq çəki dərəcəsində mübarizə aparan idmançı təəssüratlarının çox yaxşı olduğunu bildirib:

"Yarış yüksək səviyyədə təşkil olunub. Azərbaycan Cüdo Federasiyasına, baş məşqçimiz Rüstəm Alimliyə və məşqçimiz Emin İsgəndərova öz təşəkkürümü bildirirəm. Onlar bizi yarışa ən yaxşı formada hazırlayırlar. Hədəfim çempion istəyirdim, təəssüf ki, alınmadı. Bəxtim gətirmədi, bürünc medalla kifayətləndim. Qarşıda bizi dünya çempionatı gözləyir. Həmin yarışda qızıl medal qazanacağıma söz verirəm. Mundiala ən yüksək səviyyədə hazırlaşacağıq".

Qeyd edək ki, turnir iyunun 30-da başa çatacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.