Siyasət

İlham Əliyev sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında fərmana dəyişiklik edib

28 İyun 2024 17:26
Baxış: 589

Prezident İlham Əliyev "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1170-VIQD nömrəli Qanununun tətbiqi və "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən,

"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 477 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-ci bənddən "13.4-cü," sözləri çıxarılsın və həmin bəndə "19.2-ci," sözlərindən sonra "20.1-ci," sözləri əlavə edilsin;

1.2. 2.3-cü bənddən "20.1-ci," sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1170-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Bundan başqa, dövlət başçısı "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" qanuna da dəyişiklik edib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.