Siyasət

BMT Dağlıq Qarabağda keçirilən qondarma «parlament seçkiləri»ni tanımadığını bəyan etdi

24 May 2010 23:49
Baxış: 141
Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ regionunda 23 may 2010-cu il tarixində qeyri-qanuni "parlament seçkilərinin" keçirilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı iqamətgahından Daimi Nümayəndəliyə BMT Baş katibinin mövqeyini əks etdirən məktub daxil olub.

Bu barədə APA-ya məlumat Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən daxil olub.

Məktubda Azərbaycan tərəfi "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda 23 may 2010-cu il tarixində "parlament seçkilərinin" keçirilməsi ilə əlaqədar" BMT-nin cəlb olunmadığına əmin edilib. Beləliklə, qeyri-qanuni "seçkilərin" heç bir qüvvəyə malik olmayan nəticələrinin BMT tərəfindən tanınmadığı vurğulanıb və Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi olduğu birmənalı təsdiq edilib.

Baş katib həmçinin "ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifləri əsasında Dağlıq Qarabağ sülh prosesində son zamanlar müşahidə olunan müsbət dinamika ilə məmnun olduğunu" və "Ermənistan və Azərbaycanın bu imkandan istifadə edərək münaqişənin nizamlanması prosesində irəliləyişə nail olacaqlarına ümid bəslədiyini" bildirib.

Yuxarıda qeyd edilənlərlə yanaşı, Daimi Nümayəndəliyin BMT Baş katibinə ünvanlanmış müraciəti əsasında Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda "parlament seçkilərinin" keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 14 may 2010-cu il tarixli bəyanatı BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc edilərək geniş yayılıb.

/APA/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.