Bu razılaşma sülhə və sabitliyə xidmət edən mühüm addımdır - Azər Qarayev
Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması Prezident İlham Əliyevin yürütdüyü sistemli siyasətinin növbəti qələbəsidir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.
Politoloq bildirib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il aprelin 19-da əldə olunmuş razılaşma əsasında həyata keçirilən tədbirlər nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib.
"Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlərin əraziləri Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Qazaxın 4 kəndinin bir güllə atılmadan qaytarılması ilə Azərbaycan öz suverenliyini daha da möhkəmləndirir.
Bu razılaşma ümumilikdə Cənubi Qafqazda sülhə və sabitliyə xidmət edən mühüm addımdır. 1992-ci ildən Ermənistanın işğalına məruz qalan həmin kəndlər Prezident İlham Əliyevin iradəsi ilə Azərbaycana qaytarıldı. Azərbaycan Prezidenti hələ bu il yanvarın 10-da yerli televiziyalara müsahibəsində kəndlərimizin Ermənistanın işğalı altında qalmasının qəbuledilməz olduğunu vurğulamışdı. "O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır", - deyən dövlətimizin başçısı məsələnin həlli üçün Komissiyanın qarşısında mühüm vəzifələr qoymuşdu. Məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu gün həmin kəndlər Azərbaycana qaytarıldı"
A.Qarayev bildirib ki, rəsmi İrəvanın delimitasiya prosesi üzrə nümayiş etdirdiyi konstruktivlik heç də Paşinyanın qanunpərəstliyindən, hümanistliyindən irəli gəlmir. Birinci səbəb Azərbaycan Ordusunun 44 günlük müharibədə ermənilərə vurduğu zərbə və əldə etdiyi qələbədir. Digər tərəfdən Azərbaycan öz xarici siyasətini daim beynəlxalq hüquqa əsaslandırır. İrəvanda da yaxşı başa düşürlər ki, Azərbaycan öz tələblərində haqlıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi





